Böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə Aşqabadda Türk Dövlətləri Təşkilatı (TDT) hökumət başçılarının Zirvə görüşü və mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.
Fact-info.az xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabinetinin iclasında Baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov məlumat verib. O qeyd edib ki, nazirlər səviyyəsində tədbirin bu ilin mayında, hökumət başçılarının Zirvə görüşünün isə oktyabrda keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Məhtimqulu Fəraqinin yubileyi münasibətilə Türkmənistan hökuməti elmi konfranslar, ədəbi axşamlar, film və tamaşaların nümayişini, həmçinin ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Rumıniya, İspaniya, Almaniya və digər ölkələrdə yaradıcılıq həftələrinin təşkilini planlaşdırır.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov hökumətə böyük şairin yubileyinə həsr olunmuş beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilini təmin etməyi tapşırıb.
Baxış sayı: 115
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
