FACT-INFO.AZ » QHT » Şəhid polislərin ailə üzvlərinə ali dövlət mükafatları təqdim olunub
29-12-2023, 19:30 | QHT
Şəhid polislərin ailə üzvlərinə ali dövlət mükafatları təqdim olunub

Dekabrın 29-da Daxili İşlər Nazirliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında şəhidlik zirvəsinə ucalmış əməkdaşların ailə üzvlərinə, həmçinin qarşıya qoyulan tapşırıqların icrasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.

DİN-dən   Fact-info.az-a verilən xəbərə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Hərbi qulluqçularımızın Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən nazir torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını qeyd edərək, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.

General-polkovnik V.Eyvazov Vətən müharibəsində olduğu kimi bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşının şəhid olduğunu, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı hərbi qulluqçuların, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq göstərdiklərini, şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.

Sonra nazir V.Eyvazov antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının və hərbi qulluqçuların ailə üzvlərinə, döyüş tapşırıqlarının icrası zamanı fədakarlıq göstərən, eləcə də xidməti vəzifələrin öhdəsindən layiqincə gələn əməkdaşlara ali mükafatları təqdim edib.

Nazir hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, öz andına həmişə sadiq olan daxili işlər orqanları əməkdaşlarının bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcəyinə, bu yolda qüvvə və bacarığını əsirgəməyəcəyinə əminliyini bildirib.




Baxış sayı: 90
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30