FACT-INFO.AZ » QHT » Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi beynəlxalq simpoziumda qaldırılıb
26-12-2023, 20:30 | QHT
Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi beynəlxalq simpoziumda qaldırılıb

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Böyük Millət Məclisi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən Ankarada keçirilən “Deportasiya və onun cəmiyyətə, xüsusən qadınlara psixoloji təsirləri” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

Ombudsman Aparatından   Fact-info.az-a verilən məlumata görə, tədbirdə təqdimatla çıxışı zamanı Ombudsman tarixin müxtəlif mərhələlərində Ermənistanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti, həmin ərazilərdə azərbaycanlılara məxsus tarixi-mədəni irsin məhv edilməsi, qəbiristanlıqların dağıdılması, ermənilərin həmin bölgələrdə məskunlaşdırılması və yer adlarının dəyişdirilməsi kimi faktlar barədə ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycan türklərinin doğma torpaqlarından deportasiya edilməsindən 75 il ötməsinə baxmayaraq, Ermənistanda bugünədək Azərbaycana qarşı nifrət siyasəti və dözümsüz münasibətin dəstəkləndiyi qeyd olunub.

Ombudsman bildirib ki, Ermənistan müxtəlif dövrlərdə Azərbaycan türklərinə qarşı etnik təmizləmə, deportasiya, soyqırımı siyasəti həyata keçirmiş, yüz minlərlə dinc sakini qətlə yetirmiş, türksüz Ermənistan ideologiyasını gerçəkləşdirmək üçün ardıcıl addımlar atmışdır. Qadınlar və uşaqların da bu siyasətin ciddi təsirlərinə məruz qaldığını qeyd edən S.Əliyeva Ermənistanın bu cinayətlərinin məhz etnik nifrətə əsaslandığını bildirərək, Ombudsman təsisatı tərəfindən azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair iki hesabatın hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara ünvanlandığını diqqətə çatdırıb.

Səbinə Əıieyva 44 günlük Vətən müharibəsi və bu il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, həmin ərazilərin separatçı terror qruplaşmalarından təmizləndiyini, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün şərait yarandığını bildirib.

Bununla yanaşı, Türkiyənin müharibə və postmüharibə dövründə xalqımıza mənəvi dəstəyinin əhəmiyyətinə toxunan S.Əliyeva Türkiyə Respublikası Baş Ombudsmanının Ermənistan tərəfindən mülki əhalinin hədəfə alındığı bölgələrimizdə, habelə işğal dövründə dağıdılmış ərazilərimizdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini xatırladıb.

Ombudsman insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə qarşı beynəlxalq təşkilatlar tərəfindən laqeyd münasibət göstərilməsi və ikili standartlarla yanaşılmasının sülh quruculuğuna mane olduğunu, cəzasızlıq mühitinin bu cür halların yenidən təkrarlanmasına gətirib çıxardığını nəzərə çatdırıb.

Yekunda S.Əliyeva deportasiyaya məruz qalmış həmin soydaşlarımızın öz yurdlarına geri qayıtmasının təmini üçün Ermənistan tərəfinin şərait yaratmalı olduğunu və onlara dəymiş zərərlə bağlı təzminat ödənilməli olduğunu bildirib.

Tədbir zamanı, həmçinin Ombudsman Aparatı tərəfindən hazırlanmış azərbaycanlılara qarşı nifrət siyasətinə dair videoçarx nümayiş etdirilib.




Baxış sayı: 90
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30