FACT-INFO.AZ » QHT » Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirilib
24-12-2023, 20:30 | QHT
Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Respublikası Haqq Ədalət Partiyası Şəki rayon şöbəsinin təşkilatçılığı ilə Dövlət Başçısı cənab İlham Əliyevin doğum gününə və 31 dekabr-Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilən tədbir keçirilib.

Tədbiri müharibə veteranı, jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı şəhid olan oğul və qızların əziz xatirəsi 1 dəq.lik sükutla yad edildi. Şamil müəllim qonaqları salamladı, tədbirin ictimai-siyasi əhəmiyyəti barədə məlumat verdi. O, bildirdi ki, son 150 ildə Azərbaycan tarixində son 3 il ərzində yaşanan sevincli günlər qədər tarixi anlar yaşanmayıb. İşğal edilən torpaqların düşmən tapdağından azad edilməsi, həmçinin, Qarabağın mənəvi paytaxtı olan Xankəndi şəhərinin, həmçinin, Ağdərə və Xocavənd rayonlarının, Xocalının düşmən tapdağından azad olunması məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli addımlar atması sayəsində baş vermişdir. Dekabrın 21-də Xankəndi şəhər stadionunda Ağdamın Qarabağ və MOİK komandaları arasında futbol yarışının keçirilməsi də mühüm tarixi hadisə olaraq yaddaşlarda iz buraxdı. Şamil müəllim daha sonra sözü HƏP-in Regional Bölməsinin rəhbəri, doktor Azər Salmanova verdi. Azər həkim Dövlət Başçısını doğum günü ilə əlaqədar Haqq Ədalət Partiyasının üzvləri adından təbrik etdi.A.Salmanov qeyd etdi ki, əminəm ki, qədirbilən xalqımız fevralın 7-də keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcək.

Şəki rayon şöbəsinin sədri Hacər Maqsudiyə verildi. Hacər xanım dedi:

-Ev sahibi olaraq qonaqları və partiyadaşlarımı salamlayıram. Dekabrın 24-ü Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə cənab Prezidenti və onun ailə üzvlərini təbrik edirik. Haqq Ədalət Partiyasının sədri cənab Əli İnsanov da bu əlamətdar gün münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Eyni zamanda,  31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Azərbaycan xalqını və dünyada yaşayan soydaşlarımızı Həmrəylik günü münasibətilə təbrik edirəm. Mən əslən İranın tabeçiliyində olan Cənubi Azərbaycandanam. Orda yaşayan soydaşlarımızın öz dillərində yazıb-oxumaq imkanları yoxdur. Əminəm ki, İlham Əliyevin növbəti Prezidentliyi dövründə bu həssas məsələyə də öz münasibətini bildirəcək.

Azərbaycan Alpaqut Turan Döyüş Sənəti Federasiyasının Şəki filialının rəhbəri Mehman Əliyev, HƏP Şəki rayon şöbəsi sədrinin müavini, qaydasız döyüş üzrə dəfələrlə Avropa və Rusiya çempionu Azad Məmmədov, HƏP-in Şəki rayon şöbəsinin Qadınlar Şurasının sədri Sevinc Məmmədzadə,Şəki rayonu üzrə Qadınlar Təşkilatının sədri Arzu Balayeva, HƏP-in Ağsaqqallar Şurasının sədri Eldar Mustafayev və başqaları çıxış edərək Dövlət Başçısını doğum günü münasibəti ilə təbrik etdilər.

Vüsalə Məmmədzadə




Baxış sayı: 260
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30