Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ələkbər Həsən oğlu Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub.
Fact-info.az xəbər verir ki, Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəzifəsində çalışıb. Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli Fərmanına əsasən Ələkbər Həsən oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Baxış sayı: 50
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
