FACT-INFO.AZ » QHT » COP29-un Azərbaycanda keçirilməsi qərarı Cənubi Qafqazdakı yeni reallığın beynəlxalq birlik tərəfindən etirafı deməkdir
17-12-2023, 16:30 | QHT
COP29-un Azərbaycanda keçirilməsi qərarı Cənubi Qafqazdakı yeni reallığın beynəlxalq birlik tərəfindən etirafı deməkdir

Artıq heç kimdə şübhə doğurmur ki, Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi məhz Azərbaycandır. Hətta tarixi Zəfərimizi hələ də həzm edə bilməyən və ya onu qısqanclıqla qarşılayan məlum dairələr belə, bu gerçəkliyi etiraf etmək məcburiyyətindədirlər. Çünki Azərbaycan öz haqqını və tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə təmin edib. İstər 44 günlük Vətən müharibəsini, istərsə də cəmi birgünlük antiterror tədbirini sağlam məntiqin və beynəlxalq hüququn ziddinə olaraq, keçmiş “Dağlıq Qarabağa hücum” kimi təqdim etməyə çalışan ölkə və təşkilatlar da Azərbaycanın beynəlxalq hüququn tələblərindən kənara çıxmadığını çox yaxşı bilirlər. Artıq onlar da görürlər ki, nə təhdid xarakterli bəyanatlarla, nə də beynəlxalq hüququ heçə sayan qərəzli qətnamələrlə müstəqil Azərbaycanı və onun şəksiz Liderini haqq yolundan çəkindirə bilməyəcəklər.

Bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “COP29-un Azərbaycanda keçirilməsi qərarı Cənubi Qafqazdakı yeni reallığın beynəlxalq birlik tərəfindən etirafı deməkdir” sərlövhəli məqaləsində yer alıb.

Deputat bildirib ki, suveren hüquqlarımızın bərpası naminə həyata keçirilən 24 saatlıq antiterror tədbirini hay-küylə qarşılayan, hər fürsətdə ona kölgə salmağa çalışan dairələr zaman ötdükcə daha çox qəbul edəcəklər ki, Azərbaycana qarşı tətbiq etdikləri selektiv yanaşma və ayrı-seçkilik siyasəti Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunmasına xidmət etmir və haqlı olaraq əks-reaksiya doğurur. Həmin dairələr ictimai şəkildə etiraf etməsələr də, yaxşı bilirlər ki, Azərbaycanın beynəlxalq hüququn normaları çərçivəsində, o cümlədən humanitar hüququ gözləməklə əldə etdiyi Qələbə, əslində, dünya nizamının təhlükəsizliyinə verilən əhəmiyyətli töhfələrdən biridir. Dünya gücləri 35 ildən sonra, nəhayət, görməyə başlayıblar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kiməsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktora çevrilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Prezident İlham Əliyevin dekabrın 15-də keçirdiyi xüsusi müşavirədə səsləndirdiyi fikirlər bu mənada xüsusilə diqqət çəkir: “Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir”.

Ü.Quliyev vurğulayıb ki, dövlətimizin başçısı yuxarıdakı açıqlaması ilə həm də bu mesajı verdi ki, ötən müddət ərzində antiterror tədbirinə kölgə salmaqla suveren hüquqlarımızı şübhə altına almağa və bununla dünya ictimaiyyətini çaşdırmağa çalışan məlum dairələrin səy və cəhdləri, təhdid və təzyiqləri əbəsdir. Ermənilərdən də artıq erməni olmaq istəyən dairə və siyasətçilər gec-tez qəbul etməli olacaqlar ki, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsini qısqanclıqla qarşılamaq, bununla barışmamaq son nəticədə onların öz maraqlarına da zərbə vurur, dünya birliyinə təhlükəsizlik əvəzinə, anarxiya və hərc-mərclik gətirir. Prezident İlham Əliyev elə bu səbəbdən diqqətə bu gerçəkliyi də çatdırdı: “Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir”.

Müstəqillik dövründə Azərbaycan bir neçə tarixi əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi edib. Onlardan birincisi 1994-cü ilin sentyabrında XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına həsr olunmuş tədbir idi. Ümummilli Lider Heydər Əliyev o zaman geosiyasi maraqları bir-biri ilə toqquşan gücləri, böyük dövlətlərin rəhbərlərini, nəhəng konsorsiumları Bakıda bir araya gətirməyə və bütün ziddiyyətlərə, bəzilərinin ciddi müqavimətinə baxmayaraq, neft müqaviləsinin imzalanmasına nail oldu. İndi isə daha açıq və daha kəskin şəkildə üz-üzə dayanan böyük aktorların təmsilçiləri 11 aydan sonra Bakıda yenidən bir araya gələcək. Bu, suveren hüquqlarını bütün ərazisində öz gücünə təmin edə bilmiş Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın beynəlxalq birlik tərəfindən etiraf olunması ilə yanaşı, həm də ölkəmizin geosiyasi və geoiqtisadi maraqların uzlaşdırılmasına əhəmiyyətli töhfə vermək gücündə olduğunun tanınması deməkdir. COP29-un Azərbaycanda keçirilməsi qərarı, həqiqətən, ölkəmizin, Azərbaycan Prezidentinin növbəti tarixi uğurudur.

“Yüksək təmsilçilik səviyyəsinə görə BMT Baş Assambleyasına bərabər tutulan bu möhtəşəm tədbir imkan verəcək ki, Avropa Oyunlarında, Beynəlxalq Astronavtika Konqresində və digər tədbirlərdə iştirak etmiş xarici qonaqlardan dəfələrlə geniş olan yüksəksəviyyəli nümayəndə heyətləri, ekspertlər, böyük biznes təmsilçiləri və nüfuzlu media mənsubları iki həftə ərzində ölkəmizdə bir araya gələrək İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının aktual gündəliyini müzakirə edə və Azərbaycanın bu sahədə imza atdığı nailiyyətləri görə bilsinlər. Təxminən 70-80 min xarici qonağın iştirak edəcəyi bu möhtəşəm tədbir həm də imkan verəcək ki, dünya ictimaiyyətinin diqqəti iki həftə ərzində ölkəmizə və ölkəmiz vasitəsilə Cənubi Qafqaza fokuslansın. Bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşımız olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlarımıza da göstərə biləcək ki, yaşıl enerji ilə bağlı layihələr və yaşıl enerjinin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir və bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir. Bu cür yüksəksəviyyəli tədbirlər həm də imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi maraqlarından asılı olmayaraq, hər kəs görə bilsin ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyinə sarsılmaz inam və bağlılığı, müstəqillik seçiminə sədaqəti dayanır”, - deyə deputat əlavə edib.




Baxış sayı: 150
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30