FACT-INFO.AZ » QHT » “Susqun könüllər” kitabının təqdimat mərasimi keçirilib
16-12-2023, 20:00 | QHT
“Susqun könüllər” kitabının təqdimat mərasimi keçirilib

Dekabrın 14-də Bakıda, “Gəncliyə Yardım Fondu” nun Hacı Zeynalabdin Tağıyev adına Konfrans zalında Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Xan qızı Natəvan Ədəbi Məclisinin üzvü, şairə Lətifə Rəşidin (Kamilova) “Susqun könüllər” adlı kitabının təqdimat mərasimi keçirildi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən mərasimi Birliyin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycanın Dövlət Himni səsləndi, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan oğul və qızların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Şamil müəllim “Susqun könüllər” adlı kitabın, müəllifin sayca üçüncü kitabı olduğunu və onun öz şəxsi vəsaiti hesabına çap olunduğunu bildirdi. Kitabın redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatın Təbliği Bürosunun rəhbəri Nazim Əhmədli kitabda 51 şəhidin ömür yolu barədə qısa məlumat verildiyini və hər bir şəhidin əziz xatirəsinə Lətifə Rəşid tərəfindən şeir həsr edildiyini xatırlatdı. N.Əhmədli əslən Laçın rayonunun Hacılar kəndindən olan Lətifə xanımın şeirlərində Vətənə, torpağa məhəbbət hissinin aşılandığını qeyd etdi. “Gəncliyə Yardım Fondu” nun Prezidenti Ahmet Tecim, Şəhid General-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun bacısı Kəmalə xanım, Vətən müharibəsi şəhidi, baş leytenant, “Azərbaycan bayrağı” ordenli Əfşan Hüseynovun atası, I Vətən müharibəsinin iştirakçısı Əbülfəz Hüseynov, şəhid Şahgündüz Cabbarovun atası, jurnalist-şair Habil Cabbarov, istefada olan Polkovniklər-Xətai Baxışov, Hikmət Ağayev, ehtiyatda olan mayor, müharibə əlili Muxtar Həşimov, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyev, şairə Məlahət Yusifqızı, sabiroghlu.az saytının şöbə müdiri Aynurə Rüstəmova, Bakı Mədəniyyət İdarəsi Xətai Mərkəzləşdirilmiş Kitabxana Sisteminin baş kitabxanaçısı Ağgül Mərdanova, idmanın sambo güləşi üzrə dəfələrlə Rusiya və Avropa çempionu Azad Məmmədov, şəhid Şahin Əhmədovun ömür-gün yoldaşı Afaq xanım, şəhid Fərid İlyasovun babası Əlövsət bəy, “Azərbaycan bayrağı” ordenli şəhid polkovnik-leytenant Ruslan Tağıyevin atası Fuad bəy və başqaları Lətifə xanımın yaradıcılığı barədə danışdılar, müəllifə ən xoş arzularınə yetirdilər.

Sevilən bəstəkar-müğənni Arif Səlimov Lətifə Rəşidi sayca 3-cü kitabının çapdan çıxması ilə əlaqədar təbrik etdi.Daha sonra doğma Yurdumuza, şəhid və qazilərə həsr edilən mahnıları ifa etdi. Bakı şəhər sakini Zərifə Axundzadə Lətifə xanımın onun atası, şəhid Mirzə Axundova həsr etdiyi şeiri söylədi. Həm Zərifə Axundzadənin söylədiyi “Mirzə” şeiri, həm də Leyla Qəhrəmanlının ifasında səsləndirilən “General Polad” şeiri alqışlarla qarşılandı.

“Susqun könüllər” kitabının müəllifi, şairə Lətifə Rəşid hər bir vətəndaşın Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına bərpası naminə əziz canlarından keçən şəhidlərə borclu olduğunu qeyd etdi. Lətifə xanım, hər 3 kitabın maliyyələşdirilməsinə kömək edən ömür-gün yoldaşı Əbülfət Kamilova, kitabın redaktoru Nazim Əhmədliyə, kitabın korrektoru Ramazan Səfərova, həmçinin, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğluna və “Gəncliyə Yardım Fondu” nun Prezidenti Ahmet Tecimə xüsusi təşəkkür etdi.

Şamilə Ələkbərli,

Fotolar Arzuman Ağayev və Ülvi Müzəffərliyə məxsusdur




Baxış sayı: 320
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30