FACT-INFO.AZ » XƏBƏR » “Türk dünyasının mədəniyyət paytaxtı 2016” ili yekunlaşdı
6-12-2016, 08:40 | XƏBƏR
“Türk dünyasının mədəniyyət paytaxtı 2016” ili yekunlaşdı

Mərasimdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında iştirak edən qonaqlar əvvəlcə teatrın foyesində türkdilli ölkə rəssamlarının rəsm sərgisi ilə tanış olublar.

Məlumat verilib ki, hər il keçirilən ənənəvi rəsm sərgisi bu dəfə Şəki şəhərinə həsr olunub. Sərgidə Şəkinin tarixini, müasir inkişafını və adət-ənənəsinin kətana köçürüldüyü 50-dək rəsm əsəri nümayiş olunur. Qeyd edilib ki, əsərlərin bir qismi Şəki Dövlət Rəsm Qalereyasında, bir qismi isə TÜRKSOY-un Ankarada yerləşən mənzil-qərargahında saxlanılacaq.

Daha sonra ən yaxşı rəsm əsərinin müəllifi mükafatlandırıldı. Mənsur Əzizliyə “TÜRKSOY birliyi Şəkidə” adlı əsərinə görə qurumun mükafatı təqdim olunub.

“Şəki - Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi şəhərin müasir mədəni həyatını əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

Sonra türkdilli xalqların musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olunub.

Konsertdə qardaş xalqların himni səsləndi. “Biz iki dövlət - bir millətik”, “Azərbaycan”, özbək mahnısı “Çayxana”, “Şəki”, “Çırpınırdı Qara dəniz”, türkmən mahnısı “Seypelmenek” və digər türk xalqlarının mahnı və rəqsləri ifa edilib.

“Zirvə” xalq instrumental ansamblının müşayiət etdiyi konsert proqramının bədii rəhbəri Şəki şəhər 1 saylı İncəsənət məktəbinin direktoru Eldar Rəcəbov olub.

Konsertdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək “Mədəniyyət paytaxtı” ilinin Şəkidə zəngin mədəni tədbirlərlə yadda qaldığını deyib: “Bu il Şəkidə bütün Türk dünyasının mədəni vəhdətinin nümayişi oldu. Bu tədbirlər bizim qardaşlığımızı daha da möhkəmləndirdi, mədəni əlaqələri gücləndirdi. Bu, TÜRKSOY-un fəaliyyət istiqamətinin əsas qayəsidir. İnanıram ki, türk dünyasının mədəni zənginliyi vahid bir mədəniyyət kimi dünyada daha geniş təbliğ olunacaq və bizim əlaqələrimiz daha da güclənəcək”.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” adını yüksək səviyyədə təbliğ etdiyini deyib. Bildirib ki, Şəki şəhəri ilə mədəni əlaqələr bundan sonrada davam etdirilərək onu nəinki türk dünyasında, bütün dünyaya tanıdacağıq.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Türk dünyası mədəniyyət paytaxtı”nın rəmzini Qazaxıstanın Türkistan şəhərinin meri Alembek Usambayevə təqdim edib.

TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir.

 

 




Baxış sayı: 1 906
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30