FACT-INFO.AZ » QHT » ÜHİK-nın Qurultayı keçirilib
13-12-2023, 18:00 | QHT
ÜHİK-nın Qurultayı keçirilib

Dekabrın 12-də Rusiyanın paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) X Qurultayı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının və ÜHİK-nın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyəti tədbirdə iştirak edib.

Qurultayda çıxış edən Səttar Möhbalıyev ÜHİK-nın işçilərin sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsi, müxtəlif mövzularda seminar və iclasların təşkili, sosial-iqtisadi vəziyyətin təhlili istiqamətində gördüyü işləri, qəbul etdiyi qərarları və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Bildirib ki, qurum əmək və sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində mütəmadi olaraq mühüm təşkilati işlər aparır, üzv təşkilatlara daim metodiki köməklik göstərir.

AHİK-in fəaliyyətinə toxunan Səttar Möhbalıyev vurğulayıb ki, Konfederasiya işçilərin sosial, iqtisadi və əmək hüquqlarının müdafiəsi, layiqli əməyin təmin edilməsi, sosial bərabərlik, yaşıl iş yerlərinin yaradılması, ayrı-seçkiliyin qarşısının alınması istiqamətində səylə çalışır.

“Bir müddət öncə biz ÜHİK-nın Nizamnaməsinə əlavə və dəyişikliklər barədə təkliflərimizi səsləndirdik. Bu təkliflər idarəetmənin daha da demokratikləşməsi, üzv təşkilatların rolunun və məsuliyyətinin artırılması, qərarların yalnız seçkili orqanlarda qəbul olunması, idarəetmə orqanlarının formalaşması zamanı namizədlərin potensial və təcrübəsinin nəzərə alınması və digər zəruri məsələləri nəzərdə tutur. Ümidvaram ki, gələcəkdə ÜHİK-nın müvafiq orqanlarının növbəti iclaslarında qəbul ediləcək yeni əlavələr sıralarımızın genişlənməsinə, həmrəyliyimizin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Hazırda dünyada hökm sürən gərgin hadisələrə - pandemiya, müharibələrə baxmayaraq, həmkarlar ittifaqları öz əsas vəzifələrini layiqincə yerinə yetirir. Bu hadisələr həmkarlar ittifaqlarından öz fəaliyyətlərinin forma və üsullarını ciddi şəkildə qiymətləndirməyi tələb edir. Bu cür şəraitdə yeni qlobal çağırışlara adekvat cavab tapmaq üçün öz imkanlarımızı səfərbər etməliyik”, - AHİK sədri deyib.

Çıxışların və aparılan müzakirələrin ardından gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Həmçinin Qurultayda ÜHİK-nın yeni rəhbərliyi və tərkibi formalaşıb. Viktor Pinskiy ÜHİK-nın Baş katibi seçilib. AHİK sədri Səttar Möhbalıyev növbəti dəfə qurumun vitse-prezidenti olub. Eləcə də AHİK sədrinin müavini Aqil Dadaşov və AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov Şura üzvü seçiliblər.

Yenidən vitse-prezident seçilməsi ilə əlaqədar ona etimad göstərənlərə minnətdarlığını çatdıran Səttar Möhbalıyev həmçinin yeni rəhbərliyi təbrik edib, qurumun fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.




Baxış sayı: 145
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30