Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxsin – Zamin Həsənli və Rahim Həbibovun ağır yaralanması xəbəri Niderlandın Haaqa şəhərində yaşayan Azərbaycan icmasında təəssüf hissi doğurub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildiriblər ki, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bu xəbər Ermənistanın yerləşdirdiyi minaların Azərbaycanda insan həyatı üçün təhlükə yaratmasının davam etməsi kimi qiymətləndirilib.
Qırx dörd günlük müharibənin bitməsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 340 nəfərə çatdığı qeyd olunub.
Yaşamaq hüququnun ən əsas insan hüquqlarından biri olduğunu xatırladan birlik beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmənin BMT-nin dayanıqlı inkişafının 18-ci hədəfi kimi tanınmasını dəstəkləməyə çağırıb.
Baxış sayı: 95
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
