FACT-INFO.AZ » QHT » Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür
10-12-2023, 09:30 | QHT
Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür

Hazırda Türkiyə-Yunanıstan münasibətlərində olduğu kimi, Azərbaycan ilə Ermənistan arasında da sülh istiqamətində müsbət bir dövrün başladığını görürük. Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalana biləcəyi mühüm imkanlar irəli sürür. Bunun ən böyük misalı Zəngəzur dəhlizi ilə bağlı 3+3 formatıdır. Bu, Ermənistan ilə Azərbaycan, hətta Ermənistan ilə Türkiyə arasında mühüm dövrü başladacaq təməldir. Lakin təəssüf ki, indiyədək bunu həyata keçirəcək bir mühit hələ də yaranmayıb. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bu yeni dövrü başlatmağa cəhd etsə də, hər dəfə qarşısında Qərbin bəzi imperialist qüvvələrini gördü. Hətta Paşinyanı bundan yayındırmaq üçün Ermənistan daxilində bəzi məlum hadisələr də baş verdi.

Fact-info.az-ın məlumatına görə,  bu fikirləri AZƏRTAC-a açıqlamasında türk hərbi ekspert Coşqun Başbuğ ifadə edib.

Ekspert deyib: “Məsələyə “Bir millət, iki dövlət” prinsipindən baxsaq, Türkiyənin Ermənistanla münasibətlərini yaxşılaşdırması istiqamətində cəhdləri, Paşinyanın Türkiyəyə dəvət olunması, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirakı fikrimcə, rəsmi İrəvanın mövqeyini tam olaraq göstərir. Bütün bunları nəzərə alsaq, Ermənistanın sülhə gedən bu yolda əməkdaşlığa niyyətli olduğunu görürük. Lakin dediyim kimi, rəsmi İrəvanın bəzi yan qüvvələrin təsirinə məruz qalması prosesin hələ də istənilən səviyyəyə gəlməməsinin əsas səbəbidir. Bütün bunlarla yanaşı, Paşinyan ötən həftə Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi və dəhlizin açılmasını dəstəklədiklərini bildirdi. Bu, çox əhəmiyyətli və bölgədə vəziyyəti dəyişəcək bir çıxış idi. Bütün bunların ardınca Azərbaycan ilə Ermənistan arasında etimadın qurulması istiqamətində atılan son addımlar, Ermənistanın 2 Azərbaycan hərbçisini, Azərbaycanın isə erməniəsilli 32şəxsi sərbəst buraxmaları mühüm hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanın sülhyönümlü fikirləri, gələcəkdə görüləcək işlərə dair açıqlamaları olduqca dəyərlidir. Türkiyə ilə Yunanıstan və Azərbaycan ilə Ermənistanın məsələyə yanaşmaları bu şəkildə davam etdiyi təqdirdə, əminliklə demək olar ki, bölgənin gələcək taleyi müsbət istiqamətdə dəyişəcək”.




Baxış sayı: 115
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30