FACT-INFO.AZ » QHT » Hulusi Kılıç: Cənubi Qafqazda yeni dövrün başlamasını arzulayırıq
8-12-2023, 14:00 | QHT
Hulusi Kılıç: Cənubi Qafqazda yeni dövrün başlamasını arzulayırıq

İrevan tərəfindən Türkiyəni də sevindirən çox əhəmiyyətli addım atıldı. Bu, iki ölkə arasında etimadın artırılması istiqamətində atılan mühüm addım olmaqla yanaşı, həm də anaların ürəyinə su sərpdi. Hər iki ölkə tərəfindən humanist dəyərlər rəhbər tutularaq Ermənistan 2 Azərbaycan hərbçisini, Azərbaycan isə erməniəsilli 32 şəxsi sərbəst buraxdı. Daha bir xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəklədi. Sülhə işıq tutan bu addımlar Türkiyədə çox böyük məmnunluqla qarşılandı.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

Türkiyənin Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində keçirilən görüşlərin bundan sonra vasitəçi olmadan aparılmasının tərəfdarı olduğunu Hulusi Kılıç noyabrın 30-da Qazaxda iki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə keçirilən görüşü xatırladaraq deyib: “Qazaxda keçirilən görüşdə vasitəçi yox idi və bu danışıqların çox məhsuldar olduğunu deyə bilərik. Son zamanlar atılan bu addımlar vasitəçi olmadan iki ölkənin öz aralarında məsələni həll etmək iqtidarında olduğunu göstərdi. Problemin həlli uzaqlarda deyil, bölgədə axtarılmalıdır. Kənar qüvvələrin, uzaqlarda vasitəçi axtarışının faydasız olduğunu artıq gördük, bu, sülh prosesini uzatmaqdan başqa bir işə yaramır. Ermənistan həm Azərbaycan, həm də Türkiyəyə qonşu ölkədir. Biz qonşu dövlətlər olaraq öz məsələmizi həll edə bilərik. Bölgə həqiqətlərini qəbul etmək lazımdır. Sadəcə, qonşu ölkələr buna birbaşa fikir bildirə bilər”.

Son zamanlar Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atlan addımları nümunə göstərən sabiq səfir qeyd edib: “Bölgədəki daha bir müsbət hadisə Türkiyə ilə Yunanıstan arasında yeni dövrün başlamasıdır. Artıq bildiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin dəvəti ilə Afinaya tarixi baxımdan olduqca əhəmiyyətli səfər etdi və mediaya birgə açıqlama verildi. Fikrimcə, Ermənistan hökuməti bu görüş və açıqlamalardan dərs çıxararaq, erməni xalqının gözləntilərini doğrultmalıdır. Biz, eyni zamanda, Cənubi Qafqazda da yeni dövrün başlamasını arzu edirik. Hazırda gözlədiyimiz Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi və sülh sazişinin imzalanmasıdır. Bu saziş, eyni zamanda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması deməkdir. Bütün bunlar Cənubi Qafqazda sülh, sabitlik, inkişaf və təhlükəsizlik dövrünün başlaması olar. Artıq bölgə xalqları uzun illər davam edən bu gərginlikdən çox yorulub və bu insanların sülhə ehtiyacı var. Əslinə, bu, çətin deyil, danışıqlar yolu ilə hər çətinliyin öhdəsindən gəlmək mümkündür”.




Baxış sayı: 85
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30