FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Artıq Azərbaycanın müəllifi olduğu reallıqların mahiyyəti və əhəmiyyəti beynəlxalq səviyyədə dəyərləndirilir”
8-12-2023, 08:00 | QHT
Səttar Möhbalıyev: “Artıq Azərbaycanın müəllifi olduğu reallıqların mahiyyəti və əhəmiyyəti beynəlxalq səviyyədə dəyərləndirilir”

“Azərbaycan bu gün öz sözünü açıq deyən, dövlət və xalqın mənafeyi naminə qətiyyətli mövqe sərgiləyən ölkədir. Çünki onun rəhbəri cənab İlham Əliyev haqq və ədalətə, beynəlxalq hüququn prinsiplərinə əsaslanan məqsədyönlü siyasət aparır. Bu siyasət nəinki Azərbaycan, həm də region ölkələri üçün faydalıdır. Bunun Azərbaycanın regiona gətirdiyi reallıqlar bir daha sübut edir. Ermənistanın işğal siyasəti bu coğrafiyanı bataqlığa çevirmişdi. Bununla bağlı Azərbaycan dünyaya çağırış edirdi, münaqişənin sülh yolu ilə həllinə səsləyirdi. Amma nə Ermənistan sülhə gəldi, nə də bu barədə ona beynəlxalq təzyiq oldu. Odur ki, Azərbaycan tərəfi bu münaqişəni beynəlxalq hüquq çərçivəsində özü həll etdi. Azərbaycanın istəyi nə idi: işğalı aradan qaldırmaq, bütün ölkədə dövlət suverenliyini təmin etmək, ərazidən zorla qovulmuş 1 milyondan artıq sakinin hüquqlarını bərpa etmək və s. Azərbaycanın formalaşdırdığı reallıqlar isə sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa, əmin-amanlığa söykənir. Bütün bunlar ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda təqdir olundu. Dövlətimizin başçısı dərin məzmunlu, məntiqli və aydın çıxışı ilə baş verən hadisələri, proseslərin gedişini, o cümlədən işğalın acı nəticələrini, Şərqi Zəngəzurun və Qarabağın dirçəldilməsi naminə görülən işləri, bu istiqamətdə üzləşilən çətinlikləri, habelə mina problemini iştirakçıların diqqətinə çatdırdı və onları maraqlandıran sualları cavablandırdı. Ünvanlanan sualların məzmunundan da görünürdü ki, forum iştirakçıları Azərbaycanın bölgəyə gətirdiyi reallıqların mahiyyətini və əhəmiyyətini dərk edir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ceymstaun Fondunu təmsilçisi cənab Metyu Brayza işğaldan azad edilmiş Azərbaycan ərazilərini nəzərdə tutaraq bildirdi ki, dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Hətta bunu görünməmiş hal adlandırdı. Aydın olur ki, artıq hamı görülən işlərin fərqindədir. Həqiqətən də, Azərbaycan həmin ərazilərdə misli görünməmiş tikinti-quruculuq işləri aparır. Tamamilə dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər salmaq, özü də dağlıq ərazidə bütün bu işlərin öhdəsindən gəlmək, sözsüz ki, asan deyil. Lakin Azərbaycan sistemli və sürətli şəkildə ərazini yenidən qurur. Təbii ki, bu, dövlətimizin qüdrətini, iqtisadi gücünü göstərir. Görülən bütün işlərə şəxsən nəzarət edən Prezident İlham Əliyev 29 yaşayış məntəqəsinin təməlini qoyub. Ümumilikdə isə 63 müxtəlif təyinatlı obyektin açılışı olub. Bərpa işlərinə indiyədək büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Gələn il isə bu məqsədlər üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub”, - Milli Məclisin deputatı bildirib.

AHİK sədri qeyd edib ki, həm Ermənistan iqtidarı, həm də müxalifəti Prezidentimizin çıxışından dərs götürməlidir: “Bilməlidirlər ki, onların işğal planları çoxdan məhv edilib, bu xəyallarla yaşamaq artıq əbəsdir. Çünki dəmir yumruq yerindədir. Qaşılarında onları məğlub etmiş qüdrətli Azərbaycan var. Odur ki, onlara mənasız havadarlıq edənlərin fitnələrinə uymasınlar, reallıq başqadır. Ümumilikdə dövlətimizin başçısı cənab İlham Əliyev forumda Azərbaycanın sülh səylərini, iqtisadi müstəqilliyini və inkişafını, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən təşəbbüslərini və addımlarını, gələcək perspektivləri iştirakçıların diqqətinə çatdırmaqla ölkəmizin qüdrətini və dünya üçün əhəmiyyətini göstərdi”.




Baxış sayı: 140
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30