“İqlim böhranı fonunda bəşəriyyətin taleyi ipdən asılıdır”.
Fact-info.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş İqlim Dəyişikliyi Konfransı çərçivəsində liderlərin sammitində çıxışında deyib.
Quterreş dünya liderlərinə "Bu konfransı gələcək üçün yeni bir ümidə çevirin" deyə müraciət edib.
BMT Baş katibi iqlim dəyişikliyinin fəlakətli təsirləri barədə xəbərdarlıq edərək, "bəşəriyyətin taleyinin ipdən asılı olduğunu" deyib.
O bildirib ki, konfrans iqlim dəyişikliyi ilə mübarizədə ümid qığılcımı olmalıdır.
“Planetimizin məhvinin, yanmasının qarşısını ala bilərsiniz. Bizə liderlik, əməkdaşlıq və siyasi iradə lazımdır. Və buna indi ehtiyacımız var", - deyən Quterreş iqlimdə ədalətli yanaşmanın "çoxdan gecikdiyini" əlavə edib.
“İnkişaf etməkdə olan ölkələr törətmədikləri fəlakətlərə görə böyük təhlükələrlə üz-üzə qalırlar”, - o deyib
Baxış sayı: 110
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
