FACT-INFO.AZ » QHT » Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının Qurultayı keçirilir
1-12-2023, 07:30 | QHT
Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının Qurultayı keçirilir

Noyabrın 30-da Ankara şəhərində Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (TÜRK-İŞ) 24-cü Qurultayının açılışı olub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Fact-info.az-a bildiriblər ki, mərasimə TÜRK-İŞ-yə üzv təşkilatların rəhbərləri və digər nümayəndələri qatılıblar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın həmkarlar ittifaqlarının sədrləri tədbirdə qonaq qismində iştirak ediblər.

Öncə TÜRK-İŞ-nin hesabatı dinlənilib, görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb, gələcək planlara toxunulub.

AHİK sədri Səttar Möhbalıyev tədbirdə çıxış edib, Azərbaycanla Türkiyə arasında bütün sahələr üzrə davamlı olaraq inkişaf edən əlaqələrdən, qardaşlıq münasibətlərindən, göstərilən qarşılıqlı dəstəkdən danışıb, həmçinin AHİK-lə TÜRK-İŞ-nin əməkdaşlığından bəhs edib: “Bu gün Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək səviyyədədir. İkinci Qarabağ  müharibəsinin ilk günündən Türkiyə Azərbaycanın yanında olduğu kimi, Türkiyənin cənub-şərqində baş verən faciəvi zəlzələ zamanı Azərbaycan dövləti və xalqı da öz qardaşlarına hərtərəfli dəstək oldu. Bununla yanaşı, AHİK və üzv təşkilatlar türkiyəli həmkarlarına maddi və mənəvi köməyini əsirgəmədi. Biz zəlzələ nəticəsində evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd bir və iki otaqlı modul tipli ev - konteyner göndərdik. Həmçinin zəlzələ qurbanlarına humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500 min manat vəsait köçürdük. AHİK 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına 17 min manat ianə edib”.

O, bildirib ki, qardaş Türkiyənin həmkarlar ittifaqları ilə AHİK arasında əlaqələr durmadan genişlənir, ikitərəfli səfərlər təşkil olunur, görüşlər keçirilir: “Biz beynəlxalq həmkarlar ittifaqları hərəkatında baş verən hadisələrlə bağlı məsləhətləşmələr və fikir mübadiləsi aparırıq. İlk müqaviləmizi də məhz türkiyəli həmkarlarımızla bağlamışıq. Nəzərinizə çatdırım ki, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılması təşəbbüs də bizə məxsusdur. Bundan sonra da əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi istiqamətində birgə səylə çalışacağıq”.

Səttar Möhbalıyev həmçinin TÜRK-İŞ-nin fəaliyyətinə toxunaraq ötən illər ərzində görülən işləri yüksək qiymətləndirib, bunun digər ölkələrin həmkarlar ittifaqları üçün böyük nümunə olduğunu bildirib və Qurultayın işinə uğurlar diləyib.

Sonra çıxış edən Qazaxıstan, Qırğızıstan və Özbəkistanın həmkarlar ittifaqlarının rəhbərləri TÜRK-İŞ ilə əlaqələrindən danışıblar. Həmçinin Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılmasında göstərdikləri təşəbbüsə və təşkilatçılığa görə AHİK sədri Səttar Möhbalıyevə və TÜRK-İŞ sədri Ərgün Atalaya təşəkkür ediblər.

Tədbirdə digər çıxışlar da olub.

Qeyd edək ki, Qurultay dekabrın 2-dək davam edəcək.




Baxış sayı: 115
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031