FACT-INFO.AZ » XƏBƏR » Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanacaq
1-12-2016, 12:25 | XƏBƏR
Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanacaq

Tədbiri açan Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, bu layihə Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşəbbüsü ilə həyata keçiriləcək. Layihə çərçivəsində Azərbaycanda Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanacaq. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı cinayətlər törədən bir sıra şəxslərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur və bu, aradan qalxmalıdır. Xocalı soyqırımının 25 illiyi ərəfəsində hazırlanacaq bu layihə Xocalı soyqırımına məruz qalanların hüquqlarının qorunmasına, bu cinayəti törədənlərin əməllərinə hüquqi qiymətin verilməsinə şərait yaradacaq.

Bahar Muradova qeyd etdi ki, soyqırımıdan 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən heç kim hələ də cəzalandırılmayıb. Onun sözlərinə görə, “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq, Xocalı ilə bağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq.

Sonra “Beynəlxalq cinayətlərin cəzalandırılması üçün mövcud hüquqi mexanizmlər” mövzusunda çıxış edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsinin hazırlanması və irəli sürülməsi təkcə qanunvericilik üçün yox, bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir.

Əli Hüseynli qeyd etdi ki, beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı xüsusi qanun layihəsinin hazırlanması aktualdır. Azərbaycan dövləti Xocalı soyqırımının araşdırılması üçün hüquqi müstəvidə çox ciddi addımlar atıb. Hərbi Prokurorluq Xocalı faciəsi ilə bağlı çox ciddi araşdırmalar aparır və demək olar ki, hər il bu hadisəyə dair yeni məlumatlar əldə edir.

Tədbirdə “Azərbaycan həqiqətlərinin dünyada geniş təbliğində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda danışan Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirdi ki, Xocalı soyqırımına qiymət vermək üçün biz mütləq üç mərhələdən keçməliyik. İlk mərhələdə dünya ictimaiyyəti məlumatlandırılmalıdır. İkinci mərhələdə beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin parlamentləri bu cinayətə siyasi qiymət verməli, müvafiq qətnamələr qəbul edilməlidir. Üçüncü mərhələ isə faciəyə hüquqi qiymətin verilməsi, cinayəti törədənlərin ədalət mühakiməsinə cəlb olunmasıdır.

Biz birinci mərhələ üzrə xeyli işlər görmüşük. Belə ki, Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox böyük rolu var. Xüsusilə də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası müsbət nəticələrini verməkdədir. Biz bu kampaniya nəticəsində bir neçə ölkənin parlamentində və ayrı-ayrı beynəlxalq təşkilatlarda Xocalı soyqırımına ədalətli qiymətin verilməsinə nail ola bilmişik. Bu işlər davam etdirilməlidir. Ümumiyyətlə isə, belə faciələrin dünyaya tanıdılması üçün ən yaxşı metodlardan biri mədəniyyət və incəsənət xadimlərinin bu proseslərdə iştirakını təmin etməkdir.

Sonra çıxış edən “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin icraçı direktoru Elman Aslanov “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsini geniş şəkildə təqdim etdi, layihənin məqsəd və vəzifələri barədə məlumat verdi. İcraçı direktor layihənin ərsəyə gəlməsinə göstərdiyi köməyə görə Milli Məclisin sədri Oqtay Əsədova, Milli Məclis sədrinin müavini Bahar Muradovaya təşəkkürünü bildirdi.

Təqdimat mərasimində Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov hazırlanacaq “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin konsepsiyası barədə məlumat verdi. Bildirdi ki, layihə Milli Məclis tərəfindən üç ay müddətinə hazırlanıb təqdim olunacaq. Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bütün bunlar öz əksini tapacaq.

N.Səfərovun sözlərinə görə, etnik təmizləmə cinayəti dünyanın heç bir ölkəsinin qanunvericiliyində əksini tapmayıb. Biz bunun hüquqi bazasının əldə edilməsinə artıq çox yaxınlaşmışıq və bu qanun layihəsində ortaya qoyacağıq. Bundan başqa, qanun layihəsində beynəlxalq cinayətləri törədənlərin ekstradisiyası məsələsi də təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi də əksini tapacaq.

Təqdimat mərasimində çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Asim Mollazadə, Qənirə Paşayeva, Elman Nəsirli, Səməd Seyidov, Tahir Kərimli, Fazil Mustafa, Rövşən Rzayev, Vüsal Hüseynov, QHT nümayəndələri layihəni yüksək qiymətləndirdilər və onun həyata keçirilməsinin sürətləndirilməsinə dəstəklərini bildirdilər.

 




Baxış sayı: 1 797
Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031