FACT-INFO.AZ » QHT » Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib
30-11-2023, 17:30 | QHT
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), BMT-nin Azərbaycan nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Fact-info.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsinin daim diqqət mərkəzində saxlanıldığını, qanunvericilik bazasının beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.

Ombudsman bu gün dünya ictimaiyyətinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qaldığını qeyd edib, Azərbaycanın bu ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu, Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı kəskin nifrət zəminində etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçirdiyini bildirib.

Müvəkkil otuz ilə yaxın müddətdə işğal altında saxlanılmış və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqların, əksər şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılmasının, ərazilərimizin minalarla çirkləndirilməsinin ölkəmizə qarşı həyata keçirilmiş bu siyasəti bir daha sübut etdiyini diqqətə çatdırıb. S.Əliyeva, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsinin narahatlıq hissi yaratdığını bildirib.




Baxış sayı: 140
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30