"Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır".
Fact-info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.
Bildirilib ki, Avropa İttifaqının (Aİ) “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım göstərəcəyi barədə məlumatlar yayılıb.
“Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur. Qərbi Azərbaycan İcması hesab edir ki, Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir.
Avropa İttifaqı Ermənistanın silahlandırılması, Cənubi Qafqaz regionuna geosiyasi rəqabətin gətirilməsi siyasətinə son qoymalıdır", - bəyanatda vurğulanıb.
Baxış sayı: 95
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
