FACT-INFO.AZ » QHT » Ankarada Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının Qurultayı keçirilib
29-11-2023, 16:30 | QHT
Ankarada Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının Qurultayı keçirilib

Noyabrın 29-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) Qurultayı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK)  Fact-info.az-a bildiriblər ki, Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov çıxış edərək Türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdən, həmrəyliyə nail olunması istiqamətində görülmüş işlərdən danışıb, həmçinin TDHİT-nin yaradılmasının səbəblərindən və əhəmiyyətindən bəhs edib, qurultayın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev Türk dövlətlərinin sıx dostluq və qardaşlıq münasibətlərindən, bu istiqamətdə son illərdə ölkə rəhbərləri səviyyəsində görülən nəticəyönümlü işlərdən və təşkil olunan qarşılıqlı səfərlərdən, göstərilən dəstəkdən, əlaqələrin möhkəmlənməsində və inkişafında Türk Dövlətləri Təşkilatının (TDT) səmərəli fəaliyyətindən söz açıb. Bildirib ki, son iki il ərzində Azərbaycan Prezidenti İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərə 20 səfər edib. “Qardaş dövlətlərin rəhbərlərinin də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərləri olub. Dövlət başçıları səviyyəsində təşkil olunan bu cür qarşılıqlı səfərlər, imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrdə yeni-yeni səhifələr açır. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb”, - deyə o qeyd edib.

Qardaş ölkələrin həmkarlar ittifaqları səviyyəsində əlaqələrindən söz açan Səttar Möhbalıyev deyib ki, TDHİT məhsuldar fəaliyyəti ilə işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səylərimizi birləşdirəcək, həmrəylik nümayiş etdirərək böyük nailiyyətlərə imza atacaq.

Tədbirdə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalinin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayevin də çıxışları dinlənilib.

Həmçinin Türkiyənin sabiq Baş naziri, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım qurultayda çıxış edərək AHİK sədri Səttar Möhbalıyev və TÜRK-İŞ-in sədri Ərgün Atalayın bilavasitə təşəbbüsü ilə belə bir təşkilatın yaradılmasını alqışlayıb, bunun Türk dünyasının həmrəyliyi üçün əlamətdar hadisə olduğunu vurğulayıb, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

Qurultayda təşkilati məsələlərə də baxılıb. TÜRK-İŞ-in sədri Ərgün Atalay səs çoxluğu ilə TDHİT-nin prezidenti, AHİK sədri Səttar Möhbalıyev Birinci vitse-prezident, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayev və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Bəxtiyar Məhmətəliyev vitse-prezidentlər, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin isə Baş katib seçilib. Həmçinin TDHİT Şurasının yeni tərkibi təsdiqlənib.

AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov TDHİT Baş katibin müavini seçilib. AHİK sədrinin müavinləri Musa Mirzəyev, Aqil Dadaşov, Hikmət Osmanov və Qəzənfər Abdullayev isə təşkilatın rəhbərliyində ehtiyat üzv təyin ediliblər.




Baxış sayı: 130
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30