"Humanitar minatəmizləmə fəaliyyətini maliyyələşdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Çünki bizim büdcəmizin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir, yalnız 5 faizlik bir göstərici beynəlxalq donorlar tərəfindən həyata keçirilir". Fact-info.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilər hələ ki hamı üçün əlçatan deyil: "Bunun səbəbi də partlayıcılardır. Ərazilərdə gözlənilməz, ağlasığmaz yerlərə minalar yerləşdirilib. Yollar, dəmiryolları, vaxtilə salınmış məskunlaşma sahələri minalanıb".
Baxış sayı: 105
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
