FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xaricdə “Azərbaycanın xalçaçılıq sənəti” adlı təqdimat keçirilib
27-11-2023, 07:00 | MƏDƏNİYYƏT
Xaricdə “Azərbaycanın xalçaçılıq sənəti” adlı təqdimat keçirilib

Belarusda fəaliyyət göstərən səfirlər, diplomatlar və xarici nümayəndələrin həyat yoldaşlarından ibarət Minsk Beynəlxalq Qadınlar Klubu çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğ olunması məqsədilə “Azərbaycanın xalçaçılıq sənəti” adlı təqdimat keçirilib.

Tədbirdə səfir Ülvi Baxşəliyevin həyat yoldaşı, Almaniya, Türkiyə, İran, Pakistan, Gürcüstan, Suriya, Fələstin, Qazaxıstan, Moldova səfirlərinin həyat yoldaşları, Gürcüstan səfirliyinin müşaviri, Xorvatiyanın Belarusdakı fəxri konsulunun həyat yoldaşı, eləcə də səfirliyin diplomatlarının həyat yoldaşları da iştirak ediblər.

Əvvəlcə səfirin həyat yoldaşı Könül Qəhrəmanova tədbiri açaraq, Azərbaycanın zəngin mədəni irsində xalçaçılıq sənətinin mühüm yer tutduğunu, nəsildən-nəslə ötürülən bu xalq yaradıcılığı sənətinin 2010-cu ildə UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edildiyini bildirib. Azərbaycanda xalçaçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan K.Qəhrəmanova, "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin istifadəyə verilməsi, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında məlumat verib. Həmçinin xalçaçılığın sənət və elm sahəsi kimi bir sıra təhsil müəssisələrində tədris edildiyini vurğulayıb.

Daha sonra səfirliyin üçüncü katibi Mina İmanova “Azərbaycan xalçaçılıq sənəti” adlı təqdimat edib. M.İmanova hazırlanma texnologiyasına görə fərqlənən xovlu və xovsuz xalçalar, eləcə də onun ayrı-ayrı növləri, Azərbaycanda tarixən formalaşmış 7 xalçaçılıq məktəbi, onları fərqləndirən xüsusiyyətlər haqqında ətraflı məlumat verərək, hər bir məktəbə məxsus xalça nümunələrini nümayiş etdirib. Həmçinin Azərbaycanın dünya mədəni irsinə töhfəsi hesab olunan, hazırda bir sıra xarici ölkələrin muzey və fondlarında saxlanılan xalça nümunələri haqqında da tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanın turistik imkanlarını, mədəniyyətini və təbiətini, eləcə də “Xarıbülbül” festivalında Qarabağ atlarının iştirakı ilə Azərbaycan milli rəqs nümunələrini əks etdirən videoçarxlar da nümayiş olunub. Həm Azərbaycanın mədəniyyət paytaxtı, həm də musiqi beşiyi sayılan Şuşanın Bülbül, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan kimi tanınmış bəstəkar, musiqiçi və yazıçıların vətəni olması vurğulanıb, ilk dəfə 1989-cu ildə keçirilən “Xarıbülbül” musiqi festivalına torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalından sonra uzun illər ara verildiyi təəssüflə qeyd olunub, Şuşanın 2020-ci ildə işğaldan azad edilməsi ilə tarixən şənliklərin və idman oyunlarının keçirildiyi “Cıdır” düzünün yenidən bu festivala ev sahibliyi etdiyi iştirakçıların diqqətinə çatdırılıb.





Baxış sayı: 180
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30