Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq qurumun 2017-ci il qrant müsabiqəsinə təklif olunan mövzular, şərtlər, qaydalar və yenilənmiş elektron proqram təminatı haqqında məlumat verib. İcraçı direktor Şuranın 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə yüzlərlə QHT-nin iştirakı ilə keçirilmiş ictimai müzakirədə səsləndirilən rəy və təkliflərin nəzərə alındığını bildirib.
Şura üzvləri Nərgiz Xələf, İlqar Məmmədov, Emin Həsənli Şahin İsmayılov, Əliməmməd Nuriyev və Rufiz Qonaqov 2017-ci il qrant müsabiqəsinin mövzuları, şərtləri, QHT-lərin layihələrin qəbulu üzrə elektron xidmətlə bağlı təlimatlandırılması və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələ səsə qoyularaq qəbul edilib.
Baxış sayı: 1 820
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

