FACT-INFO.AZ » QHT » Beynəlxalq tədbirdə Azərbaycanın yeni donor ölkə kimi fəal beynəlxalq yardım siyasəti barədə məlumat verilib
17-11-2023, 09:01 | QHT
Beynəlxalq tədbirdə Azərbaycanın yeni donor ölkə kimi fəal beynəlxalq yardım siyasəti barədə məlumat verilib

Noyabrın 15-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanın iştirakçı statusunda təmsil olunduğu İnkişafa Yardım Komitəsinin (DAC) yüksək səviyyəli iclası keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Fact-info.az-a bildiriblər ki, tədbirdə ölkəmizi XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib.

İclasda ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Almaniya, Koreya Respublikası, İtaliya, Fransa, İsveç, İspaniya və Danimarka kimi DAC üzvü donor ölkələrlə yanaşı komitədə iştirakçı statusa sahib olan və ya tərəfdaş ölkə hesab olunan Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Bolqarıstan, Rumıniya və İndoneziya daxil olmaqla ümumilikdə 50-dən artıq dövlət və 10-a yaxın beynəlxalq qurum iştirak edib.

Tədbirin əsas məqsədi beynəlxalq inkişafa yardım sahəsində əldə olunmuş nəticələrin, gələcək fəaliyyətlə bağlı gündəlikdə duran məsələlərin, eləcə də Komitədə təmsil olunan ölkələr və beynəlxalq qurumlar arasında inkişafa yardımla bağlı mümkün əməkdaşlıq imkanlarının müzakirəsi olub.

AİDA-nın rəisi Elməddin Mehdiyev tədbirdə çıxış edərək, iclas iştirakçılarına yeni donor ölkəsi kimi Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi həyata keçirdiyi fəal beynəlxalq yardım siyasəti barədə məlumat verib. Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr, Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində həyata keçirilmiş mühüm inkişafa yardım təşəbbüsləri, o cümlədən xarici tələbələr üçün təsis olunmuş beynəlxalq təhsil qrantı proqramları, ikitərəfli və çoxtərəfli əsasda göstərilmiş yardımlar və cari ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş Afrika ölkələri və İnkişaf etməkdən olan kiçik ada dövlətlərinə postpandemiya dövründə dəstək verilməsi ilə bağlı Qlobal Çağırışlar XİN nümayəndəsi tərəfindən qeyd olunub.

Səfər çərçivəsində noyabrın 14-15-də beynəlxalq inkişafa yardım sahəsində dünyanın ən nüfuzlu əlaqələndirici və siyasət müəyyənləşdirici təsisatı hesab olunan OECD DAC-ın rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilib.




Baxış sayı: 140
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30