FACT-INFO.AZ » QHT » BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın məruzəsi müsbət qiymətləndirilib
15-11-2023, 10:00 | QHT
BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın məruzəsi müsbət qiymətləndirilib

Noyabrın 14-də BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının 4-cü dövri məruzəsi nəzərdən keçirilib.

Xarici İşlər Nazirliyindən  Fact-info.az-a bildirilib ki, tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qeyd edək ki, beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin BMT üzv dövləti tərəfindən icra vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətlərdə tövsiyələr verilir.

Nazir müavini dövri məruzə çərçivəsində çıxış edərək, ölkəmizdə həyata keçirilən işlər, beynəlxalq insan hüquqları müxanizmləri çərçivəsində əməkdaşlıq, “Böyük Qayıdış” dövlət proqramı, Ermənistanın təcavüzü nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, azərbaycanlıların hüquqlarını pozulması fakrları, itkin düşmüş şəxslər məsələsi və s. ilə bağlı ətraflı məlumat təqdim edib.

Azərbaycan üzrə UDİ baxışı çərçivəsində BMT-nin 120-ə yaxın üzv dövlətinin nümayəndələri çıxış edərək, ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair öz tövsiyələrini təqdim ediblər.

Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu sahədə müsbət dinamikanın davam etdirilməsi tövsiyə olunub.

Çıxışçıların böyük bir qismi ölkəmizdə mülki, iqtisadi və mədəni hüquqların qorunması, dayanıqlı iqtisadi və sosial inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, eləcə də ictimai xidmətlərin göstərilməsində informasiya texnologiylarından istifadəsini təqdir edib. Azərbaycanın multikulturalizm modelinin, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində önəmli rolu vurğulanıb. Azərbaycan Qoşulmama Hərəkatına fəal sədrliyi alqışlanıb.

İşğaldan azad olunmuş ərazilərimizə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı, bu ərazilərimizdə aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri, dağıdılmış yaşayış məntəqələrinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yenidən qurulması yüksək qiymətləndirilib.

Çıxışlarda, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizləmə və ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərə diqqət çəkilib.

Ölkəmizdə elm və təhsil sahəsində, eləcə də qadın və uşaqlarının hüquqlarının təmin edilməsi istiqamətində atılan addımlar alqışlanıb.

Ümumilikdə, Azərbaycanla yanaşı, bu il 6-17 noyabr tarixlərində 14 ölkənin məruzəsinə baxış keçirilməsi nəzərdə tutulub.

 




Baxış sayı: 160
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30