FACT-INFO.AZ » QHT » QHT ZƏFƏR günü ərəfəsində şəhid və qazi ailələri ilə görüşüb
8-11-2023, 12:30 | QHT
QHT ZƏFƏR günü ərəfəsində şəhid və qazi ailələri ilə görüşüb

Əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə tarixi ədalətin bərpa olunması uğrunda 44 günlük Vətən müharibəsində igidlikləri ədalətsizliyə qarşı mübarizliyin parlaq nümunəsi, məkanları isə tarixən müqəddəs sayılan şəhidlik zirvəsi olmuş oğullarımızın əziz xatirəsini yad etmək, qanlı döyüşlərdə sağlamlığını itirmiş əsgər və zabitlərimizə xüsusi diqqət və qayğı ilə yanaşmaq – hər birimizin borcudur.

Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış böyük Qələbənin üçüncü ildönümü – Zəfər Günü ərəfəsində “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi şəhid və qazı ailələri ilə görüşmək, bu əlamətdar günü onlarla bir yerdə keçirmək qərarına gəldi. İctimai Birliyin sədri Ruhiyyə Məmmədova və təşkilatın fəal üzvü Elnarə Paşayeva səfər etdikləri Şabran rayonunda yerli İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin müdiri Fuad Quliyevlə birgə qazilər Cavid Malik oğlu Nəbiyevin, Yadulla Vüqar oğlu Cavadovun, Sabit Arif oğlu Bayramzadə və Rəhman Ramin oğlu Əsgərovun ailələrinin qonağı olub, şəhid İlkin Saməddin oğlu Ağaquliyevin ailəsini ziyarət ediblər.

Cavid Nəbiyev hərbi xidmətə 2017-ci ilin yanvar ayında başlayıb. Vətən müharibəsində Fizuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib, Laçın uğrunda döyüşdə yaralanıb. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Müharibə iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə anti-terror əməliyyatlarında iştirak edib və hazırda Ordu saralarında xidmətini davam etdirir. 

Yadulla Cavadov 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında çavuş vəzifəsində müddətdən artıq hərbi xidmətə başlayıb. Müharibədə Füzuli və Horadiz istiqamətlərində gedən döyüşlərdə iştirak edib, Xocavəndin Qırmızı bazar ərazisində yaralanıb. “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Müharibə iştirakçısı” medalları ilə təltif olunub. Hazırda təqaüdçüdür.

Sabit Bayramzadə həqiqi hərbi xidmətə 2019-cu ilin oktyabrında başlayıb. Həmin ilin noyabr ayından xidmətini Xüsusi Təyinatlı Qrupda davam etdirib. Vətən muharibəsində Kəlbəcər istiqamətində və Murav yüksəkliklərində gedən döyüşlərdə iştirak edib, Murov yüksəkliyində mina partlayışı nəticəsində yaralanıb .Qələbədən sonra 14 cərahiyyə əməliyyatı keçirib. “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəhman Əsgərov 2015-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Dənizçilik kollecində təhsil alıb, 2019-cu ildə Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Müharibənin ilk günlərindən Talış-Suqovuşan istiqamətində, daha sonra Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak edib, düşmənin atdığı mərminin təsirindən bir müddət görmə qabiliyyətini itirib. 2021-ci ilin iyulunda ordu sıralarından tərxis olunan Rəhman “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

İlkin Ağaquliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Kollecdə “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə təhsil alırdı. 2018-2020-ci illərdə həqiqi hərbi xidmətdə olub və qulluq etdiyi hərbi hissədə işləməyə başlayıb. Müharibənin ilk günlərindən Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı Əməliyyat Taborunda (XTƏT) pulemyotçu kimi döyüşlərə qatılıb. Murov yüksəkliyi, Talış kəndi, Ağuçuq kəndi və Ətyeməz kəndinin, Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 2020-ci ilin 16 oktyabr tarixində Suqovuşan yüksəkliyində düşmənin əks-hücumunun qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub. Ölkə Prezidentinin 5 noyabr 2022-ci il tarixli 3573 nömrəli Sərəncamı ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Hər biri haqqında qısa məlumat verdiyimiz bu igidlər Şabran rayonundan qanlı savaşa qatılmış Vətən oğullarının yalnız bir qismidir. Onların hər birinin adı xalqımıza Qələbə sevinci yaşadanlar sırasında qürurla səslənir. Onların hər birinin igidliyi tariximizin yaddaşına əbədi yazılıb. Onların hər birinin Vətən eşqi gənclərimizə örnəkdir. 

Çünki onlar - uzun illər arzusunda olduğumuz Zəfərə imza atanlardır.   

 Ruhiyyə Məmmədova,

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri




Baxış sayı: 220
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30