Bu gün Azərbaycan xalqı ən əlamətdar bayramlarından biri olan Zəfər Gününü qeyd edir. Fikrimcə bu, çox əlamətdar bir gündür. Ona görə ki, cəmi 44 gün ərzində Azərbaycan öz ərazilərini erməni işğalından azad etməklə suveren və konstitusion hüquqlarını bərpa edə bildi.
Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Vaso Kopanadze söyləyib.
Onun sözlərinə görə, BMT-nin 4 qətnaməsi 30 ilə yaxın bir müddət ərzində yerinə yetirilmədi. Bütün qətnamələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı yerinə yetirdi.
Azərbaycanda olduğu kimi, bu günlər Gürcüstanda da təntənəli şəkildə qeyd edilir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Qonşu və dost Azərbaycan xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıram. “Gürcü xalqı qardaş Azərbaycan xalqı ilə həmrəydir”, - deyə, V.Kopanadze vurğulayıb.
Baxış sayı: 125
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
