Bu il başlanan növbəti kompleks ekspedisiya Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonunda davam edir. AZƏRTAC xəbər verir ki, akademiyanın əsas işləri tarixi və mədəniyyət abidəsi olan Karakoba məzarlığında cəmlənib. Bu abidə dəniz səviyyəsindən 1200 metr yüksəklikdə olmaqla türk mədəniyyəti və tarixinin nadir incisi sayılan Qazaxıstan Altaylarında yerləşir. Elmi və ictimai həyatında Altay təkcə türk xalqlarının "qızıl beşiyi" kimi tanınmır, o, həm də daha çox ərazinin məişətinin və genezisinin məkanı kimi bəllidir. Ötən il aparılan tədqiqatlar zamanı naməlum türk hərbçisinin qəbrinin (VI-VIII əsrlər) aşkarlanması tarix elmi üçün mühüm nailiyyət oldu. Qəbirdə dövrün məişət və musiqi aləti də tapılmışdı.
Bu il Beynəlxalq Türk Akademiyasının ekspedisiyası Karakoba məzarlığında 4 kurqanı açmağı və öyrənməyi planlaşdırır.
Tədqiqatlarda türkoloqlar, arxeoloji qazıntıları müasir texnologiyalarla aparan mütəxəssislər, arxeoloji tapıntıları təcrübəli şəkildə bərpa və konservasiyasını həyata keçirən ekspertlər iştirak edirlər. Qrupun ümumi elmi rəhbəri tarix elmləri doktoru, məşhur alim Z.Samaşevdir. Tapılan nümunələr Türk Tarixi Muzeyinə təhvil veriləcək.
Baxış sayı: 2 473
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

