Türkiyənin İsrail-Fələstin qarşıdurmasının diplomatik yollarla həlli istiqamətində səyləri davam edir.
Fact-info.az xəbər verir ki, bu məqsədlə noyabrın 6-da Türkiyənin xarici işlər naziri Hakan Fidanın niderlandlı və çexiyalı həmkarları Hanke Bruins Slot və Jan Lipavski ilə telefon danışıqları olub.
Danışıqlar zamanı türkiyəli nazir İsrail-Fələstin cəbhəsində təcili atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların aralıqsız çatdırılmasının vacibliyini vurğulayıb. Nazir bu münaqişənin bölgəyə mənfi təsirlərinin qarşısının alınması üçün ortaq fəaliyyətin zəruri olduğunu deyib.
Danışıqlar zamanı Rusiya-Ukrayna qarşıdurmasına da toxunan Hakan Fidan taxıl dəhlizinin yenidən canlandırılmasının əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, noyabrın 7-də Belarusun xarici işlər naziri Sergey Aleynik Türkiyəyə səfər edəcək. Türkiyə və Belarus XİN rəhbərlərinin Ankarada görüşü nəzərdə tutulur. Görüşdən sonra nazirlərin mediaya birgə açıqlama vermələri gözlənilir.
Səfər iki gün davam edəcək. Səfər çərçivəsində Sergey Aleynikin Türkiyə-Belarus Qarışıq İqtisadi Komissiyasının 11-ci Dövr Toplantısında iştirakı nəzərdə tutulub.
Baxış sayı: 85
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
