FACT-INFO.AZ » QHT » Qərbi Azərbaycan İcması Almaniya tərəfindən şəffaflıq prinsiplərinə hörmət etməyi tələb edir
5-11-2023, 09:30 | QHT
Qərbi Azərbaycan İcması Almaniya tərəfindən şəffaflıq prinsiplərinə hörmət etməyi tələb edir

Berbok Azərbaycan ərazisində olan yerlərin xəyali adlarını işlətməklə beynəlxalq hüququ pozub.

Fact-info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok 2023-cü il noyabrın 4-də Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdir ki, həmin gün Azərbaycana səfəri zamanı Ermənistandan qovulmuş azərbaycanlılarla görüş keçirib. Bununla əlaqədar olaraq, İcma bəyan edir ki, Almaniya tərəfindən belə bir görüş ilə bağlı İcmaya heç bir sorğu gəlməyib və görüşün baş tutması haqqında İcmada heç bir məlumat yoxdur:

"Bu görüş barədə nazirin mətbuat konfransında dediklərindən başqa heç bir məlumat yayılmayıb. Almaniyalı nazirin görüş keçirildiyi bildirilən şəxslər və aparılmış fikir mübadiləsinin məzmunu haqqında heç bir məlumatın yayılmaması ciddi suallar doğurur. Bu həm də ona görə sual doğurur ki, xanım Berbokun bir gün əvvəl Ermənistana səfəri zamanı Azərbaycandan köçmüş ermənilərlə keçirdiyi görüş barədə həm Almaniya tərəfi, həm də Ermənistan mətbuatı video görüntülər daxil olmaqla geniş reportajlar yaymışdı.

Bütün bunlar ondan xəbər verir ki, xanım Berbok ya yalan danışır, ya da hansısa çirkin məqsədli əməlinin üstünü örtməyə çalışır.

Ermənistandan qovulmuş azərbaycanlıların qanuni və mötəbər təmsilçisi olan Qərbi Azərbaycan İcması Almaniya tərəfindən şəffaflıq prinsiplərinə hörmət etməyi və sözügedən görüş barədə geniş məlumat yaymağı tələb edir.

Bundan əlavə, xanım Berbok Azərbaycan ərazisində olan yerlərin xəyali adlarını işlətməklə beynəlxalq hüququ pozmuşdur. Xatırladaq ki, almaniyalı nazirin işlətdiyi saxta adlar, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası çərçivəsində uydurduğu, heç bir tarixi və hüquqi əsası olmayan quramalar idi. Almaniyalı nazir toponimlər məsələsində tarixi həqiqətlərə çox önəm verirsə, onda həmin qurama adları deyil, Ermənistana səfəri zamanı ziyarət etdiyi yerlərin, o cümlədən, İrəvanın, Keşişkəndin, Arazdəyənin həqiqi, tarixi adlarını istifadə etməli idi", - bəyanatda vurğulanır.




Baxış sayı: 115
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30