FACT-INFO.AZ » QHT » Agentliyin layihəsi çərçivəsində QHT hərbi vətənpərvərliklə bağlı tədbir keçirib
31-10-2023, 16:30 | QHT
Agentliyin layihəsi çərçivəsində QHT hərbi vətənpərvərliklə bağlı tədbir keçirib

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. 44 günlük “Vətən Müharibəsi” yuxarıda sadalanan fikirlərin bariz nümunəsidir.

1996-cı il fevralın 2-də keçirilən I Gənclər Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər  bir  Azərbaycan gənci hər şeydən  çox  müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi. İndiyədək uğurla davam etməkdədir. 

“İnnovativ Təşəbbüslər” ictimai birliyinin təşəbbüsü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında hərb peşəsinə marağın artırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində vətənpərvərlik mövzusunda maarifləndirici video roliklər hazırlanmış və ümumtəhsil müəssisələrində  nümayış etdirilərək şagirdlər ilə motivasiya verici görüş və tədbirlər keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı əsgər və hərbiçilərimizin “Şəhidlik” məqamına ucalaraq bizə “Şahidlik” mirasını buraxdıqları üçün üzərimizə düşən öhdəlikləri layiqincə gələcək nəsillərə ötürmək ən ümdə duran vəzifə borcu olduğu şagirdlərə aşılanmışdır.

Layihənin  yekun təqdimatı səbəbi ilə bir qrup qazi, şəhid ailələri, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin zabit və kursant heyəti, ictimai fəallar və QHT rəhbərlərinin iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilmiş və layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verilmişdir.

Təqdimatı  giriş sözü ilə “İnnovativ Təşəbbüslər” ictimai birliyinin sədri Əşrəf Əhmədov açmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir. Əşrəf Əhmədov çıxışında layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Sonra müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları və hər bir Azərbaycan vətəndaşı qarşısında  vəzifə borcu olması tədbir iştirakşılarını diqqətinə çatdırılmışdır.

Tədbirdə iştirak edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadə çıxışında hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır deyərək  Azərbaycan gəncliyinin bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda mühüm rol oynadıqlarını vurğulamışdır.

Tədbirin sonunda layihə çərçivəsində aktiv və səmərəli fəaliyyətinə görə 132-134 nömrəli Təhsil Kompleksinin kollektivinə “Fəxri Fərman” digər ümumtəhsil müəssisələrinin müəllimlərinə “Təşəkkürnamə” təqdim edilmişdir.




Baxış sayı: 210
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30