FACT-INFO.AZ » QHT » ABŞ-da Azərbaycanın Müstəqilliyinin Bərpası və Zəfər günləri qeyd olunub
31-10-2023, 08:30 | QHT
ABŞ-da Azərbaycanın Müstəqilliyinin Bərpası və Zəfər günləri qeyd olunub

Ümummilli Lider Heydər Əliyevin 100 İllik yubileyi çərçivəsində ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində, Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və Zəfər Günü münasibətilə tədbir təşkil olunub.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrundan canından keçən şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin rəhbəri Aynur Ağayeva iştirakçılara ölkəmizin tarixində əlamətdar olan hadisələr barədə danışıb. Müstəqilliyinin bərpasından ötən müddətdə Azərbaycan Respublikasının qazandığı uğurlar barədə söhbət açan A.Ağayeva bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğunda, bərpasında və möhkəmlənməsində rolu və Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsi, ərazi suverenliyimizin tam bərpası ilə bağlı geniş məlumat verib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanov 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, ancaq 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük bəlalardan qurtulduğunu, Azərbaycanın bütün sahələrdə inkişafı üçün möhkəm təməllərinin qoyulduğunu vurğulayıb. O, məhz bu təməllər üzərində qurulmuş müstəqil Azərbaycanın daha da güclənməsi və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 2020-ci ildə torpaqlarını işğaldan azad etməsi və 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsi ilə tarixi ədalətin əldə olunduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevin həyatı və Azərbaycan tarixində oynadığı əhəmiyyətli rolu haqqında şəkillərdən ibarət sərgi təşkil edilib.

Konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan Televiziyasının solisti, 6-cı “Muğam” Televiziya Müsabiqəsinin qalibi Almaxanım Əhmədlinin ifasında “Sarı Gəlin”, “Qaragilə” və digər xalq mahnıları dinlənilib. Daha sonra icma üzvlərinin və azyaşlılardan ibarət Azərbaycan Rəqs Ansamblının ifasında xalq rəqslərimiz təqdim olunub.

Qonaqlar Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatları, həmçinin Zəfər Yolu kitabı ilə tanış olublar.




Baxış sayı: 105
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30