FACT-INFO.AZ » QHT » 34 il fərqlə: Sanki 9 yaşımdan sonranı yaşayıram... - Laçınlı ailə
28-10-2023, 07:30 | QHT
34 il fərqlə: Sanki 9 yaşımdan sonranı yaşayıram... - Laçınlı ailə

Sanki yenidən həyat eşqinə düşdüm, indi 9 yaşımdan sonranı yaşayıram...

Bunu Ermənistanın işğalı nəticəsində Laçından qaçqın düşən Mirzə Balakişiyev deyib. Onun ata və anası ilə birlikdə 34 il əvvəl və bu günlərdə çəkilən fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Foto ilk dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin feysbuk hesabında paylaşılıb.

 Sosial şəbəkələrdə yayılan və qısa müddətdə diqqət çəkən fotonun qəhrəmanları  Laçının Mirik kəndindən olan Balakişiyevlər ailəsidir.

 Laçınlı ata, ana və oğul 1989-cu ildə lentə alınan fotonu işğaldan azad olunan rayonda 2023-cü ildə yenidən təkrarlayıb.

 Fact-info.az-ın məlumatına görə,  1989-cu ildə çəkilmiş fotodakı uşaq Mirzə Balakişiyev Modern.az-a danışıb. O, illər keçsə də, həmin fotonun çəkildiyi günü çox yaxşı xatırladığını bildirib.

 “Fotonun çəkildiyi gün yadımdadır. Həmin gün mənim üçün ən xoşbəxt günlərdən biri idi. Orada heç mənim ağlıma gəlməzdi, biz məcburi köçkün düşərik, yerimizdən yurdumuzdan ayrı qalarıq", - Mirzə Balakişiyev deyir.

 O, 2023-cü ildə həmin fotonun çəkildiyi yerə, Azərbaycan ordusunun azad etdiyi Mirik kəndinə yenidən gedib və ata-anası ilə eyni yerdə həmin fotonu çəkdirib.

 "34 il ərzində mənim körpəliyim, uşaqlığım, atamın cavanlığı, ahıllıq vaxtlarını itirdik.  Şəkildə adi görünə bilər amma çox şey itirdik.  34 il ərzində çox böyük itkilərim oldu. Mənim uşaqlığım, gəncliyim keçmədi", - Mirzə Balakişiyev belə deyir.

 

Mirzə Balakişyev deyir ki, foto çəkiləndə onun 9 yaşı var idi. Bu gün Laçının, doğma yurdunun azad olunmasına hədsiz sevinən Mirik sakini hislərini belə ifadə edir:

 "İllər gəldi, keçdi. Mən oraya yenidən qayıtdım. Sanki yenidən həyat eşqinə düşdüm, indi 9 yaşımdan sonranı yaşayıram...".




Baxış sayı: 330
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30