FACT-INFO.AZ » QHT » Numan Kurtulmuş: Türkiyə hər bir platformada Azərbaycanın yanındadır
27-10-2023, 08:00 | QHT
Numan Kurtulmuş: Türkiyə hər bir platformada Azərbaycanın yanındadır

Milli Məclisin sədri Sahibə Qafarova Ankarada Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

Fact-info.az xəbər verir ki, Sahibə Qafarova hazırda bəzi təşkilatlarda Azərbaycana və Türkiyəyə qarşı reallıqdan uzaq məlumatların yayılmasını, qərəzli, birtərəfli münasibət göstərilməsini tənqid edib. O, Ermənistanın Qərbdəki havadarlarının rəsmi İrəvanın bu yalan iddiaları əsasında Azərbaycana qarşı ittihamlar irəli sürdüklərini bildirib. Onun sözlərinə görə, bir sıra beynəlxalq parlament təşkilatlarının, xarici ölkə parlamentlərinin qəbul etdikləri anti-Azərbaycan qətnamələrində bu dairələrin izləri açıq-aşkar görünür. Halbuki onlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməyiblər.

Milli Məclisin sədri bu cür bədnam kampaniyalara qarşı birgə addımların atılmasını, həmçinin beynəlxalq parlament təşkilatlarının sessiyalarından əvvəl nümayəndə heyətlərimiz arasında müntəzəm görüşlərin, məsləhətləşmələrin daha da gücləndirilməsini, dost ölkələrin nümayəndələri ilə təmasların artırılmasını zəruri hesab edib.

Türkiyənin hər platformada Azərbaycanın yanında olduğunu söyləyən Numan Kurtulmuş artıq keçmişdə qalmış Ermənistanla Azərbaycan arasında münaqişənin ölkəmizin iradəsi və gücü sayəsində həll olunduğunu, Azərbaycanın öz ərazi bütövlüyünü və ədaləti təmin etdiyini söyləyib.

O, ATƏT-in Minsk qrupunun uzun illər fəaliyyətsizliyini və problemin həlli üçün heç bir iş görmədiyini xatırladıb. Hazırda Azərbaycanın haqlı mübarizəsini əngəlləməyə çalışan dövlətlərin və bəzi lobbi dairələrinin olduğunu söyləyən TBMM sədri Azərbaycanın diplomatiya sahəsində də qələbə qazanacağına inamını ifadə edib.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30