44 günlük savaş ərzində Sadiq Məmmədov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb və oktyabrın 24-də Hadrutun azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.
Fact-info.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Sadiq Sadəddin oğlu Məmmədov 1981-ci il iyunun 23-də Qax şəhərində anadan olub. 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, 2002-ci ildə həmin Akademiyanı leytenant rütbəsi ilə bitirib. 2016-cı il aprel döyüşlərində iştirak edən Sadiq Məmmədov 27 sentyabrından başlayan Vətən Müharibəsinin qəhrəmanlarından biri olub.
Sadiq Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Baxış sayı: 75
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
