Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı II infosessiya keçirilib.
Fact-info.az xəbər verir ki, Bakı Biznes Mərkəzində təşkil edilən görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş üzrə məsul nümayəndəsi Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov və 90 QHT nümayəndəsi iştirak edib.
Görüşdə qrant müsabiqələri ilə əlaqədar QHT-ləri maraqlandıran suallar cavablandırılıb, müvafiq izahat işləri aparılıb.
Xatırladaq ki, ötən həftə və bu gün keçirilmiş infosessiyalarda ümumilikdə 180 QHT təmsilçisi iştirak edib.
Baxış sayı: 130
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan

