2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuş Samir Mehdiyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 23-də qəhrəmancasına şəhid olub.
Fact-info.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Samir Valeh oğlu Mehdiyev 1990-cı il dekabrın 11-də Şirvan şəhərində anadan olub. 1997-2008-ci illərdə Salyan rayonunda T. Şirinov adına Xələc kənd tam orta məktəbdə, 2008-2012-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Samir Mehdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Baxış sayı: 195
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
