FACT-INFO.AZ » SİYASƏT » Bəhreyn qəzetində Azərbaycan səfirinin məqaləsi dərc olunub
23-10-2023, 10:00 | SİYASƏT
Bəhreyn qəzetində Azərbaycan səfirinin məqaləsi dərc olunub

Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune - News of Bahrain” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin müəllifi olduğu “Ermənistan hərbi qüvvələrinin Azərbaycanda qanunsuz mövcudluğu sonsuza qədər davam edə bilməzdi” adlı məqalə dərc edilib.

Səfirlikdən bildiriblər ki, müəllif 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində altı Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu, o cümlədən Ermənistanın Azərbaycanda növbəti terror aktı törətdiyini, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olduğunu diqqətə çatdırıb.

Səfir bildirib ki, üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan tanklar və başqa zirehli texnikalar, artilleriya qurğuları, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, minaatanlar, elektromaqnit döyüş texnikası və digər növ ağır silahlarla təchiz edilmiş on min nəfərdən artıq silahlı birləşməni Qarabağ ərazisində saxlayıb. Bu qeyri-qanuni silahlı birləşmələr Ermənistanın bilavasitə hərbi-texniki, maddi-texniki və maliyyə dəstəyi ilə təmin edilib və Laçın yolundan sui-istifadə etməklə özünün revanşist siyasəti məqsədilə Azərbaycanın suveren ərazisində separatizmi qızışdırmaqla məşğul olub. Terrorla mübarizə tədbirləri Ermənistanın üçtərəfli Bəyanat çərçivəsində Azərbaycana qarşı bütün hərbi fəaliyyətləri dayandırmaq və öz qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq öhdəliyinə baxmayaraq, qeyri-qanuni hərbi arsenalın miqyasını nümayiş etdirdi. Cəmi 24 saat ərzində qanunsuz birləşmələrin 90-dan çox hərbi postu ələ keçirilib, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnit müharibəsi sistemi, 2 zenit-raket kompleksi zərərsizləşdirilib.

Müəllif bildirib ki, heç bir suveren dövlət öz torpağında başqa bir dövlətin belə ağır qanunsuz hərbi mövcudluğuna dözməz və Azərbaycan da bunu nəzərə alaraq lokal xarakterli antiterror tədbirləri həyata keçirib.

Məqalədə bildirilib ki, antiterror tədbirləri nəticəsində Ermənistanın Azərbaycanın suveren ərazisində qeyri-qanuni güc tətbiqi ilə bağlı yeni status-kvonun yaradılması və “təmas xətti məntiqi”nə əsaslanan boz zonanın saxlanması üzrə sistemli cəhdləri məğlubiyyətə uğradılıb.

Hərbçilərimiz antiterror tədbirləri zamanı çətin relyefdə və illər ərzində düşmən tərəfindən aparılan mühəndislik işləri nəticəsində yaradılmış istehkamların olmasına baxmayaraq, fövqəladə qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək bütün sahələrdə mühüm hərbi uğurlar əldə ediblər.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin tədbirlərdən əvvəl bütün hərbi hissələrə Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin ziyan görməməsi, mülki əhalinin müdafiəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini xüsusi vurğulayıb.

Məqalədə o da diqqətə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün atdığı hər bir addım, o cümlədən son 24 saat ərzində həyata keçirilən terrorla mübarizə tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olub və ordumuz həyata keçirilən tədbirlər çərçivəsində hər zaman mülki əhalinin və mülki obyektlərin mühafizəsinə sadiq qalıb.

Səfir bildirib ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan tərəfi Ermənistan rəhbərliyinə, onların xaricdəki himayədarlarına və digər tərəflərə dəfələrlə müraciət edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mövcudluğunu davam etdirməsinin qanunsuz olduğunu bildirib. Cinayətkar xunta təslim olduqdan sonra bu gərginlik mənbəyi artıq tarixə qovuşub və Qarabağın erməni əhalisi nəhayət ki, rahat nəfəs ala bilir və həmin sakinlər bizim vətəndaşlarımızdır. Qeyd edilib ki, erməni millətçiləri, hərbi cinayətkarlar, Ermənistan və Qarabağın qondarma rəhbərləri bu insanları girov götürüb, beyinlərini zəhərləyib.

Məqalədə antiterror tədbirlərinin sülh danışıqları qarşısındakı maneəni aradan qaldırmağa imkan verdiyi, Cənubi Qafqazda yeni reallıq yaratdığı ifadə edilib. Müəllif yazıb ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülh, sabitlik və firavanlıq üzərində qurulmalıdır. Bu bölgə əsrlər boyu çəkişmələr, müharibələr, qanlı toqquşmalar məkanı olub və buna son qoyulmasının vaxtı çatıb.

Yazıda vurğulanıb ki, Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, Azərbaycan bir-birinin qanuni maraqlarına qarşılıqlı hörmət əsasında həqiqi dialoqa və danışıqlara hazırdır. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün sağalmamış yaralarına, şəhər və kəndlərimizin kütləvi dağıdılmasına, müqəddəs yerlərimizin qəsdən təhqir olunmasına baxmayaraq, Azərbaycan Ermənistana ədalətli və davamlı sülh təklifini bir daha təqdim edib və bu təkliflərin İrəvan tərəfindən müsbət qarşılanacağına ümid edir.

Səfir məqalədə diqqətə çatdırıb ki, artıq terrorla mübarizə tədbirləri dayandırılıb və Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin reinteqrasiyası ilə bağlı yerlərdə praktiki dialoq başlanıb. Sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərinin nümayəndələri ilə çoxdan gözlənilən görüşü baş tutub. İclasda Azərbaycan hökumətinin dialoq üzrə təyin etdiyi xüsusi nümayəndə hökumətin reinteqrasiya planlarını açıqlayıb, infrastrukturun bərpası və istismarı ilə bağlı məsələlər müzakirə olunub. Sosial və humanitar məsələlərin müzakirəsi kontekstində və Ermənistan sakinlərinin xahişi ilə uşaq bağçaları və məktəblər, xəstəxanalar, digər mühüm sosial obyektlərin istifadəsi üçün yanacağın çatdırılması, habelə digər humanitar dəstək tədbirlərinin müvafiq mərkəzi hökumət qurumları tərəfindən tezliklə həyata keçirilməsi qərarlaşdırılıb. Sentyabrın 24-də isə Xankəndi şəhəri Azərbaycanın elektrik şəbəkəsinə uğurla qoşulub.

Azərbaycan hökuməti mülki şəxslərin humanitar ehtiyaclarını operativ şəkildə həll etmək üçün öz resurslarını dərhal səfərbər edib. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrupu yaradılıb. Bu qrupa Azərbaycanın Qarabağ bölgəsində sosial rifah, humanitar yardım, iqtisadiyyatın və infrastrukturun bərpası da daxil olmaqla, geniş spektrli məsələlərin həlli tapşırılıb.

Məqalənin sonunda səfir bütün dövlətlərə digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq barədə beynəlxalq hüquq çərçivəsində öhdəliklərini xatırladıb və Azərbaycanın regionda sülh, sabitlik və rifahda marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıq olduğunu bildirib.




Baxış sayı: 110
Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930