FACT-INFO.AZ » QHT » Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi
22-10-2023, 08:30 | QHT
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi

Niderland Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyəti Haaqa şəhərindəki Xocalı abidəsini ziyarət edib.

Fact-info.az xəbər verir ki, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan anım mərasimində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, Niderlanddakı Azərbaycan diaspor təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Belçika Gent Türk Ocaqlarının Fəxri Sədri Recep Tuncer Sarı, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Xocalı abidəsinin önünə gələrək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Daha sonra çıxış edənlər Xocalı soyqırımı məsələsində ədalətə nail olmaq naminə "iki dövlət, bir millət"in diasporunun var gücü ilə çalışdığının önəmini vurğulayıb, bu birliyin nəticəsində artıq Xocalı qurbanlarının qisasının alındığını deyiblər.

Mərasim iştirakçıları qalib Azərbaycan dövlətinin Xocalı soyqırımını törədənlərin hər birinin ədalət qarşısına çıxarılmasına nail olacağına əminlik ifadə edib. 

Çıxış edənlər həmçinin bildirib ki, Azərbaycan xalqı Qarabağ kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da mütləq geri qayıdacaq. Artıq bunun üçün tarixi zərurət yaranıb və biz mütləq Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə dönəcəyik. 

ATXƏM sədri İlham İsmayılov, millət vəkilləri Əziz Ələkbərli və Hikmət Babaoğlu İlhan Aşkın başda olmaqla, dərnəyin təşəbbüsü ilə burada 2007-ci ildə abidə ucaldıldığını xatırladaraq, dərnək başqanına təşəkkürlərini çatdırıblar. 

Qeyd edək ki, oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri"  adlı beynəlxalq konfrans keçiriləcək. 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belinuks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Niderland Parlamentinin (Tweede Kamerin) "Nieuwspoort" Media Mərkəzində keçiriləcək beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

Onu da bildirək ki, sözügedən tədbirdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli Niderlandda səfərdədir.




Baxış sayı: 105
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30