FACT-INFO.AZ » QHT » Britaniya Parlamentində Azərbaycanın minatəmizləmə ilə bağlı qlobal təşəbbüsünə dəstək verilməsi üçün çağırış edilib
21-10-2023, 11:27 | QHT
Britaniya Parlamentində Azərbaycanın minatəmizləmə ilə bağlı qlobal təşəbbüsünə dəstək verilməsi üçün çağırış edilib

Britaniya Parlamentində Dayanıqlı İnkişaf Məqsədlərinə dair müzakirələr keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Fact-info.az-a verilən məlumata görə, müzakirələr zamanı çıxış edən Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord humanitar minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədlərinə dair iki dəfə Bakıda konfransda iştirak etdiyini bildirib və Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə yerində tanış olduğunu vurğulayıb.

Metyu Offord ərazilərin minalardan təmizlənməsi nəticəsində təhsil, məşğulluq və ən əsası insanların öz evlərinə qayıda bilməsi üçün imkan yarandığını bildirib və minatəmizləmə nəticəsində bir neçə Dayanıqlı İnkişaf Məqsədinə nail olmağın mümkünlüyünü vurğulayıb. O, ərazilərin minadan təmizlənməsinin təkcə mövcud Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması deyil, bir sıra digər sahələrdə də müsbət nəticələrin əldə edilməsinə göstərdiyi təsiri nəzərə alaraq, Britaniya hökumətini Azərbaycanın humanitar minatəmizləmənin BMT tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi elan edilməsi ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırış edib.

Qeyd edək ki, Metyu Offord 2022-ci ilin may ayında Ağdama səfər edib və işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə yaxından tanış olub.




Baxış sayı: 170
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30