Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
Fact-info.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəkil və tərcüməçi ilə təmin edilib.
Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Bildirib ki, Vaqif Xaçatryan Azərbaycanın Xocalı rayonun Əsgəran rayonunda 1953-cü ildə anadan olub, hazırda işləmir.
Daha sonra prosesdə ona hakim tərəfindən hüquqları izah edilib.
İş üzrə dövlət ittihamını Baş prokurorun xüsusi işlər üzrə köməkçisi Müqəddəs Sultanov müdafiə edib.
Vaqif Xaçatryan hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edəcək. O, vəkillə etiraz etməyib.
Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov təmsil edib.
Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov prosesdə iştirak edib. O Məşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur.
Prosesdə tərəflərə hüquqları izah edilib.
Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərək işin məhkəmə baxışıına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.
Daha sonra məhkəmə baxışına edilməsi qərarı qəbul etmək üçün bağlı hakimlər müşavirəyə gedib.
Məhkəmə üzrə cinayət işi məhkəmə baxışı oktybarın 17-nə təyin edilib.
Baxış sayı: 160
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
