FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Ermənistan və havadarlarının yalan dolu təbliğatı iflasa uğrayacaq”
12-10-2023, 12:00 | QHT
Səttar Möhbalıyev: “Ermənistan və havadarlarının yalan dolu təbliğatı iflasa uğrayacaq”

"Uzun illər davam etmiş işğal dövründə Ermənistan özünün təcavüzkar siyasətini ört-basdır etmək üçün bütün vasitələrdən, o cümlədən beynəlxalq ictimaiyyəti çaşdırmaq naminə həqiqətə uyğun olmayan informasiyalardan istifadə edirdi. Özlərini elə aciz, yazıq duruma salırdılar ki, guya bir milyondan artıq azərbaycanlının məcburi köçkün həyatı yaşamasının səbəbkarı bunlar deyil, soyqırımıları, qətliamları, dövlət səviyyəsində dəstəklənən terror aktlarını onlar törətməyib. Amma Azərbaycan dövlətinin apardığı sərrast, səbirli və qətiyyətli siyasət nəticəsində işğalçı ölkənin bütün bu səyləri boşa çıxdı. Azərbaycan torpaqlarını işğalçılardan təmizləməklə, ərazi bütövlüyünü və ölkə ərazisində suverenliyini tam təmin etməklə ədalət bərpa olundu. Amma görürük ki, Ermənistan tərəfi, o cümlədə xarici ölkələrdə yaşayan ermənilər yenə də öz ampluasındadır, Azərbaycanın haqq işinə ləkə atmağa çalışırlar. Necə 44 günlük Vətən müharibəsi dövründə bütün cəbhələrdə olduğu kimi, informasiya sahəsində də məğlub olan düşmən, şübhəsiz, bu dəfə də mütləq uduzacaq. Dövlətimizin başçısı müharibə zamanı dünyanın onlarla nüfuzlu media orqanına verdiyi müsahibələrlə, etdiyi çıxışlarla əsl həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırdı, düşmənin simasını özünün dəmir məntiqi, tutarlı arqumentləri ilə açıb göstərdi. Bu gün də Prezident İlham Əliyev diplomatik səriştəsi, layiqli cavabları və dərin biliyi ilə düşmənin çirkin təbliğatını, yalan xarakterli iddialarını iflasa uğradır".

Fact-info.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən keçmiş Qarabağ münaqişəsinin tarixini, bu torpaqların əsl sakinlərinin kim olduğunu, Ermənistanın işğal siyasətinin mahiyyətini və onun acı nəticələrini, həmçinin yeni reallıqları qonaqların diqqətinə çatdırdı: "Dövlətimizin başçısı sübut etdi ki, Azərbaycan bölgəni Ermənistanın düçar etdiyi bataqlıqdan xilas edib, bu missiya bütövlükdə regionun inkişafına, sülh və təhlükəsizliyə geniş yol açıb. Cənab İlham Əliyev həmçinin ATƏT-in himayəsi altında aparılan uzunmüddətli danışıqların uğursuzluğunu, BMT-nin öz qətnamələrini icra edə bilməməsini qeyd edərək beynəlxalq təşkilatların fəaliyyətində olan boşluqları göstərdi. Yeri gəlmişkən, qeyd edim ki, bu gün qərəzli mövqe tutan, real vəziyyəti düzgün qiymətləndirməyən, ermənilərin yalan dolu hay-küyünə uyan dövlətlər danışıqlar prosesinə cəlb olunmuşdu. Lakin nəticədə gördük ki, əllərindən bir iş gəlmir, mənasız bəyanatlar verməklə məşğuldurlar. Məsələyə ikili standartlarla yanaşdılar, işğalçını öz adı ilə çağırmadılar. Bugünkü reallığı isə heç cür həzm edə bilmirlər. İndi sual çıxır ortaya: əgər neytral idinizsə, mövqeyiniz ədalətli idisə, niyə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən bu qədər narahatsınız?"

"Ermənistan beynəlxalq hüququn prinsiplərini kobudcasına ayaqlayaraq BMT-nin məlum qətnamələrinə hansı prizmadan yanaşmışdırsa, ağır məğlubiyyətə uğrayaraq imzaladığı kapitulyasiya aktı ilə üzərinə düşən öhdəliklərdən də o cür yayınmağa çalışırdı. Azərbaycanın bütün çağırışlarına baxmayaraq, təxribatlarından əl çəkmir, məhv edilmiş ordusunun tör-töküntülərini Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərindən çıxartmırdı, separatçıları silahlandırmaqda davam edirdi. Odur ki, antiterror tədbirlərinin görülməsi labüd oldu. İndi də qalxıb günahı utanmazcasına bizdə axtarmağa çalışırlar. Bu məsələdə Fransa öz boyundan daha hündürə tullanmağa çalışır. Müstəmləkəçi dövlət Afrikada qana batmış əlini hələ yuyub qurtarmamış humanizmdən danışır, ölkəmizin ünvanına könül bulandıran fikirlər səsləndirir. Elə hesab edir ki, beynəlxalq proseslərə təsir imkanı var, böyük dövlətdir, Cənubi Qafqaza da əli çatar. Rəsmi Parisin bu davranışları onun dünya siyasətində qərəzli mahiyyətini, yersiz hərəkətlərini göstərir. Sübut etdi ki, Fransanın hərəkətləri bölgədə yarana biləcək sabitliyi təhdiddir, sülh proseslərinə mane olur", - Milli Məclisin deputatı bildirib.

AHİK sədri əlavə edib ki, həm Ermənistan, həm də onun havadarları bilsinlər ki, Azərbaycan güclü dövlətdir, ona təsir etmək, haradasa təzyiqlər göstərmək mümkün deyil: "Eləcə də anlasınlar ki, Azərbaycanın istəyi münasibətlərin normallaşması və sülhə nail olmaqdır. Odur ki, qarşı tərəf də real addımlar atmalıdır və dərk etməlidir ki, başqa alternativləri qalmayıb. Çünki Azərbaycanın ən böyük güzəşti bundan sonrakı məsələləri yalnız danışıqlar yolu ilə həll etmək olar".




Baxış sayı: 160
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30