Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
AzTU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə ölkəmizdə gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə atılan addımlardan danışılıb. Qeyd olunub ki, Vətən müharibəsi, eləcə də digər uğurlu əməliyyatlarda qələbənin qazanılmasını təmin edən mühüm amillərdən biri də gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.
Görüş zamanı, həmçinin elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra müzakirələr aparılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Baxış sayı: 130
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
