Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Ümumi Yığıncağında iştirak edib, Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.
Bu barədə Fact-info,az-a Ombudsman Aparatından məlumat verilib.
Qeyd edilib ki, tədbirdə çıxışı zamanı Səbinə Əliyeva İƏT OA-nın fəaliyyəti çərçivəsində məlumatlılığın artırılması sahəsində mühüm təşəbbüslər həyata keçirildiyini, Azərbaycanın Ombudsman təsisatının bu səylərin fəal iştirakçısı olduğunu və üzv digər qurumlarla təcrübə mübadiləsinin aparıldığını bildirib.
S.Əliyeva dünyada İslam ölkələrinə, o cümlədən Azərbaycana qarşı haqsızlıqların və beynəlxalq münasibətlərdə ikili standartların davam etdiyini qeyd edib. Ombudsman Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə məlumat verib. Həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını qeyd edib.
S.Əliyeva işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minaların hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam etdiyini, indiyədək 300-dən çox şəxsin mina terrorunun qurbanına çevrildiyini bildirib. Ombudsman 31 il əvvəl törədilmiş Xocalı faciəsi barədə məlumat verərək bildirib ki, bu soyqırımı beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların kobud şəkildə pozulması ilə nəticələnən etnik təmizləmə siyasətinin sübutudur. S.Əliyeva ədalətin bərpa edilməsi üçün xalqların və beynəlxalq təşkilatların Xocalı soyqırımına beynəlxalq siyasi və hüquqi qiymət verməsinin zəruriliyini vurğulayıb.
üvəkkil belə bir qətliamın bir daha təkrarlanmaması, cinayətkarların ədalət mühakiməsinə cəlb olunması məqsədilə İƏT OA tərəfindən aidiyyəti beynəlxalq qurumlar qarşısında məsələlərin qaldırılması istiqamətində müraciət edib.
Tədbirdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinə seçkilər keçirilib. Səbinə Əliyeva Assosiasiyanın İdarə Heyətinə yenidən üzv seçilib.
Baxış sayı: 130
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
