FACT-INFO.AZ » QHT » Qərbi Azərbaycan İcması: Avropa Parlamenti Azərbaycana qarşı səlib yürüşünü davam etdirir
6-10-2023, 08:23 | QHT
Qərbi Azərbaycan İcması: Avropa Parlamenti Azərbaycana qarşı səlib yürüşünü davam etdirir

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Azərbaycanla bağlı qərarına dair bəyanat yayıb.

Fact-info.az bəyanatı təqdimn edir:

“Biz Azərbaycana qarşı otuz ildən artıqdır ki, səlib yürüşünə çıxmış Avropa Parlamentinin 2023-cü il oktyabrın 5-də qəbul etdiyi növbəti Azərbaycanofob qətnaməsini sərt şəkildə qınayırıq.

Xatırladaq ki, hələ 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına və bu ölkədə azərbaycanlılara qarşı törədilən insanlıq əleyhinə cinayətlərə dəstək ifadə etmişdi.

Avropa Parlamenti sonuncu qətnaməsində Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkiliyini davam etdirərək, Azərbaycanın daxili işlərinə qarışmış, onun ərazi bütövlüyünə və suverenliyinə qəsd edən yanaşma sərgiləmişdir. Azərbaycan hökumətinin Qarabağın erməni sakinlərinin reinteqrasiyası sahəsində tədbirlərini görməzdən gələn və onların bir qisminin Ermənistana getməsini “etnik təmizləmə” kimi qiymətləndirən ikiüzlü parlamentarilər nədənsə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalmasını görmək istəmirlər.

Avropa Parlamenti və bəzi dairələr üçün Qarabağ erməniləri reinteqrasiya olunmuş, bərabər hüquqlu Azərbaycan vətəndaşları kimi deyil, Azərbaycana qarşı məkrli siyasət üçün alət kimi lazımdır. Hamıya məlumdur ki, Ermənistan hökuməti Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra, orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil etmişdir. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirmişdir. Bundan əlavə, cəmi iki həftə əvvəl müəyyən qərb dairələrinin Azərbaycandan yerdəyişmə azadlığı müstəvisində Qarabağ ermənilərinin Ermənistana köçməsinə şərait yaratmağı tələb etməsi hələ yaddaşlardadır.

Qarabağdan köçmüş ermənilər üçün qayıdış hüququndan, hansısa beynəlxalq mexanizmdən dəm vuran Avropa Parlamenti nədənsə eyni tələbi Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürmür.

Qətnamədə Avropa İttifaqının regionda “geosiyasi boşluğu” doldurmasına və Ermənistana hərbi dəstək göndərməsinə dair çağırışlar Avropa Parlamentinin neo-kolonialist zehniyyətindən və regionu qana çalxalamaq niyyətindən xəbər verir. Sənəddə Azərbaycanın Avropa İttifaqının Ermənistandakı missiyasını öz ərazilərinə buraxmasına dair tələb məhz bu müstəmləkəçi məqsədə xidmət edir.

Bütün bunlar bir daha sübut edir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülh deyil, öz mənfur niyyətləri naminə bölgədə gərginliyi saxlamaq və onu daha da dərinləşdirməkdir.

Biz Avropa Parlamentini qərəzli və təhlükəli yanaşmasından əl çəkməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına və regionda reinteqrasiyaya və birgəyaşayışa əsaslanan davamlı sülhün bərqərar olunmasına dəstək verməyə çağırırıq”.




Baxış sayı: 110
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30