FACT-INFO.AZ » QHT » QHT Agentliyi 2024-cü ilin qrant mövzularını açıqlayıb
2-10-2023, 12:15 | QHT
QHT Agentliyi 2024-cü ilin qrant mövzularını açıqlayıb

Fact-info.az xəbər veri ki,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva Report.az-a 2024-cü ilin müsabiqə mövzularını açıqlayıb.

 - İlk dəfə olaraq QHT-lərə şərait yaradılır ki, onlar milli, ictimai, beynəlxalq əhəmiyyətli istənilən təşəbbüsü layihəyə çevirib müsabiqəyə təqdim etsinlər. Bu sərbəstlik Azərbaycanın vətəndaş cəmiyyətinin daha da inkişafı üçün böyük impuls, təkan deməkdir. Artıq QHT-nin layihə təklifi qismində özünün vacib hesab etdiyi mövzuya müraciət etməsi, innovativ təşəbbüslərlə çıxış etməsi üçün hər hansı çərçivə qalmır. Bu imkanın yaradılması QHT fəlsəfəsinin ruhuna tam uyğundur, inanırıq ki, bu sürpriz QHT-lər tərəfindən çox müsbət qarşılanacaq. Müsabiqə mövzuları ümumilikdə 5 istiqaməti əhatə edəcək:

  1. Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf - burada ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkomaniya, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, “yaşıl düşüncə”nin inkişafı və s.) təşviqinə, həssas əhali qrupları (müharibə veteranları, şəhid ailələri, uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr və s.) ilə işə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük veriləcək;
  2. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, Cənubi Qafqazda sülh və etimad quruculuğu – burada Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş sakinlərlə iş, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin sürətləndirilməsinə, dinc birgəyaşayışın təşviqinə, beynəlxalq təşkilatlar üçün alternativ hesabatların hazırlanmasına dair təkliflərə üstünlük verilir;
  3. İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə - burada azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük veriləcək;
  4. Qərbi Azərbaycana qayıdış prosesi – burada Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə, xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə, xarici ölkələrdə beynəlxalq tədbirlərin təşkili təkliflərinə, beynəlxalq qurumlar üçün hesabatların hazırlanması təşəbbüslərinə üstünlük veriləcək;
  5. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər - burada yuxarıdakı 4 kateqoriya üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüslər əhatə edilir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, bədən tərbiyəsi sahəsində inkişafa, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin və iştirakçılığın təşviqinə dair təşəbbüslərə üstünlük veriləcək.

Sonuncu kateqoriya yuxarıda qeyd etdiyim məqamdır. 2024-cü il ərzində ölkəmiz üçün aktual olacaq mövzulardan da göründüyü kimi, ilk dəfədir ki, layihələrin beynəlxalq əməkdaşlıq istiqaməti bu qədər geniş diapazonda götürülüb.




Baxış sayı: 75
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30