FACT-INFO.AZ » XƏBƏR » “Əsir və girovluqda olan soydaşlarımız qeyri-insani rəftara məruz qalıblar”
17-11-2016, 09:15 | XƏBƏR
“Əsir və girovluqda olan soydaşlarımız qeyri-insani rəftara məruz qalıblar”

"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş qaçqın və məcburi köçkünlərin beynəlxalq məhkəmələrə müraciətlərinin hazırlanması (I mərhələ)” layihəsi çərçivəsində görülən işlərin yekun təqdimatı ilə bağlı dəyirmi masa keçirib.

 İctimai Birliyin sədri Esmira Orucova tədbirdə çıxış edərək layihə, həmçinin görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirməsi xalqımızı Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə yaşıd olan və günümüzə qədər davam edən, beynəlxalq cinayətlərlə nəticələnən humanitar fəlakətin ən ağrılı problemi olan əsir, girov və itkin problemi ilə üz-üzə qoyub. Onun sözlərinə görə, demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi nəticəsində bir çox nailiyyətlərin əldə edildiyi, insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçdiyi bir dövrdə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü baş verib: "Bunun nəticəsində hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Azərbaycanlılar əsir və girov götürülüb, işgəncə və qeyri-insani rəftara məruz qalıblar. Sonradan əsir və girovluqdan azad edilmiş qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üçün aidiyyəti üzrə beynəlxalq məhkəmələrə müraciətlərin hazırlanması bizim layihənin əsas məqsədini təşkil edir. Layihə 4 ay müddətində davam edib. Layihə çərçivəsində Bakı və Abşeronda, eləcə də Beyləqan, Şamaxı və Şəki rayonlarında məskunlaşmış 100 nəfər əsir və girovluqdan azad edilmiş, işğal olunmuş ərazilərin sakinindən hər biri ilə fərdi qaydada 2 saatdan az olmamaqla görüşlər keçirilib, onlardan sorğular götürülüb”.

 E.Orucova deyib ki, bu məqsədlə layihənin ilkin mərhələsində işğal olunmuş ərazilərin müvafiq icra hakimiyyətlərində görüşlər olub. Həmin görüşlərin nəticəsi olaraq, əsir və girovluqdan azad olunmuş, hazırda Bakı, Abşeron, Şamaxı, Beyləqan və Şəki rayonlarında məskunlaşmış şəxslərin siyahıları tərtib edilib. Daha sonra isə əsir və girovluqdan azad olunmuş hər bir şəxslə onların məskunlaşdıqları yeni qəsəbələrdə, yataqxanalarda, sanatoriyalarda, kəndlərdə fərdi qaydada, xüsusilə də qadınlarla heç kimin iştirakı olmadan görüşlər, o cümlədən tərtib olunmuş anketə əsasən sorğular keçirilib: "Öz istəkləri ilə, məcbur edilmədən foto şəkillər çəkilib. Əldə olunan materiallar əsasında onların hər biri haqqında məlumat bazası yaradılıb. Toplanmış dəqiqləşdirici ifadələr təsnifatlaşdırılıb. Bu barədə ekspert rəyi hazırlanıb. Əldə olunmuş faktlara əsasən demək olar ki, BMT Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqları Haqqında Bəyannaməsinin 1, 3, 4, 5, 6, 13-cü maddələri, 04 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyasının I bölməsinin 2-ci maddəsinin "a" bəndi, 3 -cü maddəsi, 4-cü maddəsinin 1-ci bəndi, 15-ci maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının I bölməsinin 2-ci maddəsinin "a" bəndi, 3 -cü maddəsi, 4-cü maddəsinin 1-ci bəndi, 15-ci maddəsi, Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200/A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Konvensiyanın III hissəsinin 9,10-cu maddələri, 12-ci maddənin 4-cü bəndi, 16-cı maddəsi, BMT Baş Məclisinin 3318 (XXIX) saylı 14 dekabr 1974-ci il tarixli Qadın və Uşaqların Fövqəladə Hallarda, Silahlı Münaqişələr Dövründə Müdafiəsi Haqqında Bəyannaməsi, BMT Baş Məclisinin 44/25 saylı 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Haqqında Konvensiyası kobudcasına pozulub”. 
E.Orucova bildirib ki, müharibə və silahlı münaqişələri tənzimləyən beynəlxalq humanitar hüquq silahlı münaqişə şəraitində insan həyatının müdafiəsini təmin etməyinə və işğalçı Ermənistan dövlətinin 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına və onlara əlavə olunmuş protokollara qoşulmasına baxmayaraq, nəinki hərbçilərə, hətta günahsız dinc əhaliyə qarşı mütəmadi olaraq Hərbi Əsirlərlə Rəftar Haqqında Cenevrə Konvensiyasına, Müharibə Zamanı Mülki Əhalinin Qorunması Haqqında Cenevrə Konvensiyasına, 8 iyun 1977-ci il tarixli Silahlı Münaqişə Qurbanlarının Himayəsinə Həsr Edilən I və I Protokollardan irəli gələn müddəalara əməl etməyib: ""Atəşkəs haqqında” Bişkek protokolunun qəbul olunmasından 22 ildən artıq zaman keçsə də, müharibə hələ də davam edir. Mövcud müharibə şəraitinin davam etməsini nəzərə alaraq, beynəlxalq aləmə əsir və girovluqda olan şəxslərə qarşı ermənilərin törətdiyi işgəncə faktlarını çatdırmaq, eyni zamanda müraciətlərin məhkəmələrə hazırlanması işini də davam etdirmək məqsədilə layihənin II mərhələsinin gələcəkdə davam etdirilməsi labüddür”. Tədbirdə Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşı Ülvi Əhmədov, Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Bayramov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Arif Mustafayev, Laçın RİH-in əməkdaşı Yaqut Cabbarlı, Xocalı RİH-in əməkdaşı Xəlil Vəliyev, politoloq, professor Rövşən Novruzoğlu, Qızıl Aypara Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Kamran Babayev mövzu ilə bağlı çıxış edərək fikirlərini bölüşüblər.(Modern.az)

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 855
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30