FACT-INFO.AZ » CƏMİYYƏT » Tariximizə ehtiram əlaməti olaraq repressiya qurbanlarına abidə ucaldılmalıdır
6-09-2023, 09:25 | CƏMİYYƏT / SEÇİLMİŞLƏR
Tariximizə ehtiram əlaməti olaraq repressiya qurbanlarına abidə ucaldılmalıdır

Bu dəfə uzun illər Dövlət Ədəbiyyat və İncəsənt Arxivində müxtəlif vəzifələrdə çalışan, Azərbaycanda  repressiya qurbanlarının ən geniş tədqiqatçısı  “Arxivlərdən gələn səslər”  və digər dəyərli kitabların müəllifi Aslan Kənanla söhbət etdik. Azərbaycan Milli Elmlər Akademiyasında baş tutan görüşümüz zamanı Aslan müəllim çox maraqlı mətləblərə toxundu.

Tədqiqatçı Aslan Kənan Azərbaycanın ilk dissidentlərindən biri olan Gülhüseyn Hüseynoğlu haqqında danışdı: “ Mən tədqiqatları əsasən  Dövlət Ədəbiyyat və İncəsənt Arxivindən, DTX arxivindən yararlanaraq davam etdirmişəm. Bu sahədə bir sıra kitablarım, xeyli sayda məqalələrim çap olunub. Mən ortalığa atılan əsassız replikalara, mənbəyi bəlli olmayan fikirlərə deyil, daha çox faktlara və elmi mülahizələrə önəm vermişəm. Gülhüseyn Hüseynoğlu haqqında onu deyə bilərəm ki, Azərbaycanın ilk dissidentlərindən biri olub.  Gülhüseyn Hüseynoğluya öncə ölüm cəzası verilir. Həmin illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. O, Sibirə sürgün edilir. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və Gülhüseyn Hüseynoğlu azadlığa çıxır. 1955-ci ilin mayında "İldırım" təşkilatının bütün üzvləri  evlərinə qayıdırlar".

 Aslan Kənan qeyd edir ki, sonralar mən dəfələrlə Gülhüseyn müəllimlə görüşüb repressiya tarixini, bəzi gizli məqamları öyrənməyə cəhd etdim.  Hətta bir dəfə kiçik diktafon tapdım. İstəyirdim onunla səmimi söhbət edim, bütün bildiklərini gizli də olsa diktafona yazım. Azərbaycan Milli Elmlər Akademiyasının qabağındakı parkda görüşdük.  Sanki Gülhüseyn müəllim hiss etmişdi. Mən onu çox söhbətə tutdum ki, bizim bilmədiklərimizi danışsın. O, qəti şəkildə repressiya ilə bağlı heç bir şey danışmayacağını bildirdi. Elə bil onda sovet KQB-sinin, o dövrün qorxusu, xofu vardı. Əlqərəz   Gülhüseyn Hüseynoğlu bir çox sirləri özü ilə qəbirə apardı.

Həmin dövrün ziddiyyətli prosesslərinə toxunan tədqiqatçı Aslan Kənan daha sonra qeyd edib: “Mən Mircəfər Bağırovu ziddiyyətli şəxs hesab edirəm. Onun müsbət tərəfləri ilə bərabər çox ziddiyyətli tərəfləri olub. Çox günahsız insanlar qurban gedib. Bəziləri deyir Mikayıl Müşfiqi xilas etmək istəyi olub. Ümumiyyətlə, repressiya tarixi ilə bağlı əsası olmayan replikaları, belə varinatları mən qəbul edə bilmirəm. Bağırov bir çox günahsız ziyalılarımızı xilas etmək imkanı olub. Amma o, bunu etməyib. Qaldıkı M. Müşfiqlə bağlı onu demək olar ki, 1937-ci ildə Müşfiq doğum gününə bir gün qalmış həbs edilir, 1938-ci ilin yanvarın 5-dən 6-na keçən gecə onu güllələyirlər. Onun harada basdırıldığı haqqında heç bir sənəddə yazılmayıb. Cəsədlərin dəfninə gəldikdə, NKVD-nin xüsusi kimsəsizlər yeri olub, bir qəbirdə bir neçə şəxs dəfn edilirmiş. Çünki onları basdırmağa elə bir vaxt da yox idi. Bir güllələnmə hökmü vermək 15-20 dəqiqə çəkirdisə, onları basdırmaq da elə bu şəkildə olurdu. Məsələn, Böyükağa Talıblı ilə Əhməd Cavad bir vaxtda güllələnib. Məgər onların hər birini ayrılıqdamı basdırıblar? Xeyr! Bir neçə güllələnmiş şəxs üçün dərin xəndək qazılır, onları ora atırdılar.  Təbii ki, təmtəraqla dəfn olmayacaqdı. Müşfiq Müsavatın gənclər təşkilatının üzvü olub, onun üzərində 1926-1930-cu illərədə bir neçə əksinqilabçı ilə əlaqədə olmaq “günahı” var idi. Bir gündə 3-4 nəfəri birdən güllələyirdilər, hər biri üçün ayrıca qəbir qazmayacaqdılar ki?  Biz nə qədər Müşfiqi sevsək də, onun belə dəfn edilməsini qəbul etmək istəməsək də, bu reallıqdır”. 

Aslan müəllim Nəriman Nərimanovun 1925-ci ildə Moskvada öldürülməsi və yaxud öz əcəli  ilə ölməsi məsələsinə aydınlıq gətirərək bildirdi ki,  Nəriman Nərimanovun zəhərlənməsi və ya başqa formada öldürülməsi ilə bağlı əlimizdə heç bir tutarlı fakt yoxdur. Bu barədə danışılanları, replikaları məndə təsdiqləyəcək faktlar yoxdur. Ümumi mülahizələr isə yetərli deyil.

Tədqiqatçı alim onu da bildirdi ki, tariximizə ehtiram əlaməti olaraq repressiya qurbanlarına abidə qoyulmalıdır. Ölkə hüdudlarından kənarda dəfn olunmuş repressiya qurbanlarının, totalitar rejimin təqiblərindən didərgin düşən çox tanınmış simaların, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun və digərlərinin nəşinin Azərbaycana gətirilməsi məsələsi üzərində düşünməliyik. O dahi şəxsiyyətləri gənc nəsil daha yaxşı tanımalıdır.   

Tanınmış tədqiqatçı Aslan Kənanla kifayət qədər müzakirələrimiz oldu. Həmin söhbətin çox  az bir hissəsini təqdim etdik. 

Araşdırma Qrupu


Əkrəm Bəydəmirli



Baxış sayı: 656
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30