FACT-INFO.AZ » XƏBƏR » “Əl-Fəcr” qəzeti: “Azərbaycan Qafqazın mirvarisi. Ərəb turistlərinin turizm qibləsi”
1-11-2016, 10:05 | XƏBƏR
“Əl-Fəcr” qəzeti: “Azərbaycan Qafqazın mirvarisi. Ərəb turistlərinin turizm qibləsi”

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin ölkəmiz haqqında silsilə məqalələri çərçivəsində oktyabrın 31-də “Azərbaycan Qafqazın mirvarisi. Ərəb turistlərinin turizm qibləsi” sərlövhəli yazısı qəzetin çap və elektron nüsxələrində dərc olunub.

Qəzetin bir səhifəsini əhatə edən məqalədə baş redaktor Azərbaycanın dünyanın və xüsusən də Orta Asiyanın ən gözəl ölkələrindən biri olduğunu oxucuların diqqətinə çatdırır. O, yazıda qədim tarixin nəhəng xəzinəsi və təbii gözəllikləri ilə zəngin olan ölkəmizin turistlərin cəlb edilməsi üçün lazımi əsaslara malik olduğunu diqqətə çatdırır. Respublikamızın şanlı keçmiş, sehrli reallıq və parlaq gələcəkdən ibarət unikal aləm olduğunu qeyd edir. Yazıda ölkəmizə gələn qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportuna düşdükləri ilk andan gülərüzlülük, sərhəd-keçid məntəqələrində isə prosedurların asanlığı ilə qarşılaşdıqları bildirilir.

Azərbaycanın Qafqaz regionunun ən əmin-aman ölkəsi olduğunu vurğulayan müəllif istənilən Körfəz ölkəsindən olan turistin 2 saat müddətində Azərbaycan Hava Yolları və “Fly Dubai” aviaşirkətləri vasitəsilə Bakıya çata biləcəyini yazır. Məqalədə 2017-ci ilin martında Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı marşrutu üzrə ilk uçuşa başlayacağı, eləcə də Qəbələ və Naxçıvan ilə birbaşa hava əlaqələrinin yaradılması istiqamətində səylərin göstərildiyi bildirilir.

Baş redaktor yazıda paytaxt Bakının gözəlliklərindən və yaşıllığından, o cümlədən “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin və digər müasir mehmanxanaların, Heydər Əliyev Mərkəzinin möhtəşəmliyindən bəhs edir. Həmçinin “İçərisəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şəhidlər Xiyabanı, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və digər tarix və mədəniyyət abidələri, habelə 13 kilometrlik məsafəyə uzanan Dənizkənarı Milli Park barədə ətraflı məlumat verilir. Dövlətimizin bugünkü inkişafının, qazandığı nailiyyətlərin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılır. Vurğulanır ki, Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə xalqın arzularını reallığa, Azərbaycanı beynəlxalq aləmdə güclü dövlətə çevirməyə nail olub.

Müəllif bu siyasi kursun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayır. O, Azərbaycanı daha da qüdrətləndirmək qabiliyyətinə, güclü siyasi iradəyə malik Prezident İlham Əliyevin öz xalqının etibarını, eləcə də beynəlxalq ictimaiyyətin ehtiramını qazandığını xüsusilə qeyd edir.

Daha sonra məqalənin müəllifi ziyarət etdiyi Quba və Qəbələnin ecazkar təbiətindən və turizm imkanlarından ətraflı bəhs edib. Belə ki, o, Qəbələni təsvir edərkən, ilk növbədə, buranın təkrarolunmaz təbiətini və bu mənzərənin dağların, təpələrin, düzənliklərin, meşələrin və yaşıl ərazilərin sintezindən ibarət olduğunu qeyd edib. Müəllif qonaqların münasib qiymətin qarşılığında kanat yolu ilə dağlara çıxmaq və yüksəklikdən möhtəşəm mənzərədən zövq almaq imkanı əldə etdiyi barədə məlumat verib.

Qəbələdə yerləşən “Qəbələnd” parkının Azərbaycanda ən böyük əyləncə mərkəzlərindən biri olduğunu bildirən müəllif burada böyüklərin və uşaqların əylənmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırır. O, rayonda muzey və ticarət mərkəzləri ilə yanaşı, Qafqazda ən böyük dağ xizəyi kurortlarından birinin fəaliyyət göstərdiyini yazır.(AZƏRTAC)

Məqalədə Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında yerləşən Qubaya rayonunun təbii mənzərəsindən də söhbət açılır. Yüksəklikdən axan şəlalələrdən, eləcə də çaylardan və müalicəvi xüsusiyyətlərə malik bulaqlardan bəhs edilir. Burada müalicəvi turizmin inkişaf etdiyi, habelə mövcud zəngin turistik infrastrukturuna görə Qubanın da Qəbələ kimi ərəb turistləri özünə cəlb etdiyi vurğulanır.

Məqalədə Azərbaycan xalqının adət-ənənələrindən, musiqisindən, ölkəmizdə keçirilən festivallardan da söhbət açılır.




Baxış sayı: 1 936
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30