FACT-INFO.AZ » XƏBƏR » QHT təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına dəstək olur
27-10-2016, 10:15 | XƏBƏR
QHT təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına dəstək olur

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına ictimai dəstək” layihəsi davam edir. Layihənin rəhbəri, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev Milli Qəhrəman ailələri ilə görüşü zamanı demişdi: “Vətənin müdafiəsi uğrunda şücaət, qəhrəmanlıq nümunələri göstərmiş insanlar qiymətləndirilir və unudulmur. Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nə qədər Azərbaycan xalqı,  Azərbaycan Dövləti var, Şəhidlərimiz qəlbimizdə yaşayırlar və yaşayacaqlar!”

 Hazırda Azərbaycanın ən öncül problemlərindən biri Azərbaycan vətəndaşlarında, xüsusən, gənclərimizdə vətənpərvərlik hissinin lazımı səviyyədə olmamasıdır. Bizcə, vətənpərvər olmaq heç də tez-tez  “ mən vətənimi canımdan artıq sevirəm” demək deyil. Əsl vətənpərvər o şəxsdir ki, Vətənin dar günündə onun dərdinə ürəkdən yanır, Vətənin hər-hansı probleminin həllində iştirakını özünün müqəddəs borcu bilir və ən əsası, Azərbaycan vətəndaşı olması ilə həmişə fəxr edir.

Etiraf etmək lazımdır ki, indiki müasir  gənclərimiz Milli Qəhrəmanlarımızı özlərinə biz-yaşlı nəsl Həzi Aslanovu, Mehdi Hüseynzadəni, Gəray Əsədovu, Qafur Məmmədovu və s. bu kimi  Sovet İttifaqı Qəhrəmanlarını özümüzə doğma bildiyimiz qədər doğma bilmirlər. Ona görə də biz Milli Qəhrəmanlarımızın tanıdılması və təbliğatı istiqamətində hələ çox iş görməliyik şüarını əsas götürərək respublikamızın təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanlarının foto guşələrinin yaradılmasını həyata keçirtməyi özümüzə borc və şərəf bilirik.

 Vətənpərvərliyin təbliğ olunması istiqamətində ən önəmli olan Milli Qəhrəmanlar güşəsi bu günə kimi respublikamızın bir çox təhsil ocaqlarında yaradılmamış, bir çoxlarıda isə Milli Qəhrəmanlarımızın adına yaraşmayan formada yaradılmışdır. 

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi təhsil ocaqlarında Milli Qəhrəmanlarımıza həsr olunmuş tədbirləri keçirən zaman biz bu nəticəyə gəldik ki, o məktəblərdə ki, gənclər arasında vətənpərvərlik təbliği istiqamətində güclü iş gedir, Qəhrəmanlarımızın həyat və döyüş yolu barədə mütamadi olaraq tədbirlər keçirilir, o məktəblərdə şagirdlərin dərsə davamiyyəti və təhsil səviyyəsi çox yüksəkdir və ya əksinə, o məktəblərdə ki, şagirdlərin Vətən uğrunda canını fəda etmiş Milli Qəhrəmanlar barədə məlumatı səthi və ya yox səviyyəsindədir, o məktəblərdə təhsilin də səviyyəsi çox zəifdir. Belə məktəblərdə apardığımız sorğular zamanı şagirdlər 214 Milli Qəhrəmanımızdan hətta iki-üçünün belə adını çəkə bilmirdilər. Bizim fikirimizcə bu acınacaqlı halın əsas səbəbkarı təhsil ocaqlarının rəhbərliyidir. Bu problemin həllində əsas çıxış yolu olaraq biz Respublikamızın bütün təhsil ocaqlarında Milli Qəhrəmanlarımızın foto-şəkillərindən hazırlanmış foto-stendlərin quraşdırıldığı Milli Qəhrəmanlar guşələrinin yaradılmasını təklif edirik.

Bu layihəni həyata keçirməkdə əsas məqsədimiz respublikanın bütün  orta təhsil ocaqlarında Milli Qəhrəmanlarımıza həsr olunmuş foto-güşələrin yaradılmasıdır.

214 Milli Qəhrəmanımızın fotolarından ibarət foto-plakatlar nəşr etdirərək Bakı şəhərinini Binəqədi, Nəsimi,Nizami, Pirallahı və respublikamızın Bərdə, Tərtər Fizuli rayonlarında ümumi olaraq 130 təhsil ocaqlarında Milli Qəhrəman guşələri yaratmaqda əsas məqsədimiz yeniyetmələrimizin və  gənclərimizin Vətən yolunda canlarını fəda etmiş Qəhrəmanları heç vaxt unutmamalarına, özlərinin gələcək işlərində, həyatında Qəhrəmanlardan nümunə götürməyə  nail olmaqdır.

Fact-info.az

 

 




Baxış sayı: 2 057
Zelenski Trampla görüşünün bəzi detallarını açıqlayıb Bu gün, 20:00 Kreml: Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub Bu gün, 19:30 Chinese ambassador: China’s army ready to further deepen cooperation with Azerbaijan’s Armed Forces Bu gün, 17:00 Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb Bu gün, 16:30 Erməni vandalizmi ilə bağlı növbəti tədbir keçirilib Bu gün, 14:30 Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir Bu gün, 14:30 XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır Bu gün, 13:00 ABŞ səfiri: Türkiyə ilə əməkdaşlığa böyük önəm veririk Bu gün, 11:00 Özbəkistanlı alimlər Gəncədə Nizami Gəncəvi irsi ilə tanış olublar Bu gün, 10:30 Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb Bu gün, 10:30 Medianın İnkişafı Agentliyi Bəyanat yayıb Dünən, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib Dünən, 17:00 Azerbaijan’s Media Development Agency issues statement Dünən, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Dünən, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Dünən, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Dünən, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Dünən, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Dünən, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Dünən, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Dünən, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30 Ruhun Bayraqla Yüksəlişi 26-07-2026, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər 26-07-2026, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb 26-07-2026, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031