FACT-INFO.AZ » XƏBƏR » Şura dövlət müstəqilliyimizin 25 illiyi ilə bağlı konfrans keçirdi
11-10-2016, 22:20 | XƏBƏR
Şura dövlət müstəqilliyimizin 25 illiyi ilə bağlı konfrans keçirdi

Öncə dövlət himni oxunub və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Şuranın mətbuat xidmətindən daxil olan məlumata görə, toplantını  açıq elan edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Azərbaycan xalqı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etməsəydi yenicə bərpa olunan müstəqilliyimizin itirilmə təhlükəsi real idi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət quruculuğu prosesinə mane olmaq istəyən, hərbi və siyasi çevriliş cəhdinə çalışan qüvvələrin, terror təhlükələrinin qarşısı uğurla almaq mümkün olub: “Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti nəticəsində ölkəmiz tənəzzül dövrünü geridə qoyaraq 21-ci əsrə yeni, inkişaf edən Azərbaycanla qədəm qoydu. Heydər Əliyev kursunun layiqli davamçısı olan cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə, inkişaf etmiş iqtisadiyyata, müasir infrastruktura malik ölkəyə çevrildi. 26 sentyabrda keçirilən referendumda xalqımız bir daha cənab prezidentin çağırışına böyük dəstək nümayiş etdirməklə xalqla hakimiyyətin əzəmətli birliyini nümayiş etdirdi”.

 Daha sonra Şuranın hazırladığı “Müstəqil Azərbaycan: 25 il quruculuq və inkişaf yolunda” filminə baxış keçirilib.

 Millət vəkili, Paradiqma İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri prof. Elman Nəsirov “Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri” mövzusunda məruzə edərək müstəqillik dövrünün tariximizin ən qiymətli səhifəsi olduğunu qeyd edib. 20 sentyabr 1994-cü ildə Əsrin müqaviləsinin imzalanmasının Azərbaycanın sonrakı sabit və dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətindən danışan E. Nəsirov Heydər Əliyevin ölkəmizin beynəlxalq münasibətlərinin qurulması üçün atdığı addımları böyük uzaqgörənliklə və dəqiqliklə hesabladığını deyib. Ulu Öndərin 1993-2003-cü illərdə dünyanın 60-dan artıq dövlətinin rəhbəri ilə keçirdiyi 485 görüşün hər biri ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edib.

 “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov “Azərbaycan Respublikasının iqtisadi inkişafı” mövzusunda məruzə edərək bu gün Azərbaycanın dünyanın nüfuzlu siyasi və iqtisadi mərkəzlərinin etibarlı tərəfdaşına çevrildiyini bildirib. Ölkənin naşı idarəçiliyinin, hərc-mərcliyin nəticəsində iqtisadiyyatın tamamilə məhv edildiyini qeyd edən F. Yusifov Ulu Öndərin 1993-cü ilin dekabrından başlayaraq qəbul etdiyi strateji qərarların cəmi bir neçə ilə öz nəticəsini göstərdiyini vurğulayıb: “Əgər 1995-ci ildə inflyasiya 1800%-ə çatırdısa, 1996-cı ildən başlayaraq makroiqtisadiyyat sabitləşməyə başladı. 1996-2004-cü illərdə Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoydu, yeni kənd təsərrüfatı və sənaye müəssisələri fəaliyyətə başladı. 2004-cü ildən başlayaraq cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm qoydu”.

 “Müstəqil Azərbaycan və vətəndaş cəmiyyəti” mövzusunda məruzə edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Ulu Öndərin ölkəmizdə vətəndaş cəmiyyətinin qurucusu olduğunu vurğulayıb. MQF prezidenti ötən 25 il ərzində ölkəmizin vətəndaş müharibəsindən vətəndaş cəmiyyəti quruculuğuna doğru çətin və şərəfli tarixi yol keçdiyini deyib.

 Rauf Zeyni 2001-ci ildə Azərbaycanda QHT-lər haqqında qanunun qəbul olunmasının o dövrdə bütün MDB məkanındakı ölkələrin tarixində ilk addım olduğunu və müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edib. Cənab prezident İlham Əliyevin sərəncamı ilə QHT-lərə dövlət dəstəyi Konsepsiyasının qəbul olunmasının və Prezident yanında Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Şurasının və digər milli donorların yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib.




Baxış sayı: 1 858
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30